Ukrayna Azərbaycanlıları Radası – 3 həmsədr, 15 İdarə Heyəti üzvü

Ukrayna Azərbaycanlıları Radası – 3 həmsədr, 15 İdarə Heyəti üzvü

Ukrayna Azərbaycanlıları Radasının (RAU) İdarə Heyətinin üzvləri seçilib.

Moderator.az saytının xəbərinə görə, eyni zamanda RAU-ya 3 həmsədr seçilib.

Həmsədrlər Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivindir.

İdarə Heyətinə isə hər təşkilatdan 5 nəfər olmaqla 15 nəfər üzv seçilib.

Qeyd edək ki, aprelin 14-də Ukraynanın paytaxtı Kiyev şəhərində RAU-nun təsis qurultayı keçirilib.


Siyasət xəbərləri
Moderator.az digər xəbərlər