Ukrayna Donbas sakinlərinə verilən Rusiya pasportunu tanımayacaq

Ukrayna Donbas sakinlərinə verilən Rusiya pasportunu tanımayacaq

“Ukrayna Donbas sakinlərinə verilən Rusiya vətəndaşlıq pasportunu tanımayacaq”

Bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman Nazirlər Kabinetinin iclasında bildirib.

“Bizim torpaqlarımızda, müstəqil Ukrayna dövlətinin ərazisində istənilən beynəlxalq normaları pozaraq vətəndaşlarımıza veriləcək pasportlar qanunsuz elan olunacaq. Nazirlər Kabineti bununla bağlı bu gün müvafiq qərar qəbul edəcək. Bundan başqa, digər ölkələrə müraciət etmişik ki, bu pasportları etibarsız hesab etsinlər”, - deyə Qroysman söyləyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 24-də Ukraynanın şərqində Rusiyayönümlü separatçıların nəzarətində olan Donetsk və Luqansk vilayətlərində yaşayanlara Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran sərəncam imzalayıb.(“Qafqazinfo”)

pia.az