Ukrayna MDB ilə olan daha bir razılaşmanı ləğv etdi

Ukrayna MDB ilə olan daha bir razılaşmanı ləğv etdi

Ukrayna MDB çərçivəsində imzalanan hərbi texniki və silahlanma standartlaşması razılaşmasından çıxıb.

Bu barədə məlumatı Ukrayna hökumətinin mətbuat xidməti yayıb. Müqavilədən çıxmaq təşəbbüsü ilə Ukrayna İqtisadi İnkişaf Nazirliyi çıxış edib, yekun qərarı isə Ukrayna Nazirlər Kabineti verib.

Qeyd edək ki, Maydandan sonra Ukrayna MDB-dən çıxacağını bəyan etsə də hələlik yekun qərar verməyib. Ukrayna sadəcə MDB iclaslarına yalnız səfirlər səviyyəsində qatılmaqla kifayətlənib.

axar

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər