Ukrayna parlamenti prezidentin səlahiyyətini azalda bilər

Ukrayna parlamenti prezidentin səlahiyyətini azalda bilər
Ukrayna Ali Radasında ölkə prezidentinin səlahiyyətlərinin bir hissəsini baş nazirə və parlamentə verməyi nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Bununla bağlı sənədi “İntibah” parlament qrupunun nümayəndəsi Valeri Pısarenko “Facebook”dakı səhifəsində dərc edib.

Layihədə Ukrayna Təhlükəsizlik Xidmətinin təşkilatlanması və fəaliyyətinə nəzarətlə bağlı səlahiyyətlərin prezidentdən Ali Radaya keçməsi, xarici işlər, müdafiə nazirləri vəzifələrinə parlament fraksiyaları birliklərinin təklifi əsasında prezidentin Rada qarşısında təqdimat verməsi, habelə prezidentin impiçmentinə başlamaq üçün baş prokurorun, deputat fraksiyası və ya qrupunun təşəbbüs irəli sürmələrinin kifayət olması kimi müddəalar var.\\Report

Paylaş:

Siyasət xəbərləri
Əli Həsənov: "İctimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar"

Əli Həsənov: "İctimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar"

26-04-2019 21:56 - Sia.az - Siyasət
Turizmin güclü inkişaf etdiyi bütün şəhərlərin tarixi mərkəzi təkcə mədəniyyət nümunələri ilə deyil, həm də ora gələn çoxsaylı qonaqların rahatlığı üçün müasir infrastruktur, çoxsaylı məişət-iaşə obyektləri ilə zəngindir.

SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, bu gün Bakımızın mərkəzi öz gözəlliyi, rahatlığı, cəlbediciliyi, ən əsası isə qabaqcıl infrastrukturu ilə sözün əsl mənasında dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna bilər:

"Çox təəssüf ki, feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar.

Görünür, dünyagörüşünün məhdudluğu bu insanlarda turizm mərkəzləri haqqında da yanlış təsəvvürün formalaşmasına səbəb olub.

Yalan, böhtan üzərində qurulan siyasət gec-tez ifşa olunur, bu üsulla populyarlıq qazanmaq istəyənlər ictimai qınağa rast gəlir və olan-qalan nüfuzlarını da itirirlər.
Regionxeberleri.com digər xəbərlər