Ukrayna Rusiya neftinin tranzitini dayandırıb

Ukrayna Rusiya neftinin tranzitini dayandırıb

Ukraynanın "Ukrtransnafta" şirkəti Mozır-Brodı neft boru kəməri ilə ("Drujba"magistral kəmərlər sistemi) Rusiya neftinin tranzitini dayandırıb.

ONA-nın "Ukrtransnafta"ya istinadən verdiyi məlumata görə, şirkət bu qərarı neft nəqli xidmətlərinin göstərilməsi ilə bağlı razılaşmaya əsasən qəbul edib. Müqavilənin şərtlərinə görə, "Ukrtransnafta" xammalın keyfiyyət göstəricilərinə uyğun olmadığı halda Rusiya neftinin qəbulu dayandırılması hüququna malikdir.

"Bütün maddi zərərlər öhdəliklərini yerinə yetirməmiş tərəfin üzərinə düşür", - məlumatda deyilir.

"Ukrtransnafta" Budkovtse (Slovakiya) təhvil-təslim sahəsində keyfiyyətsiz Rusiya neftinin qəbul edilməsindən imtina edilməsi və "Feneşlitke"(Macarıstan) təhvil-təslim sahəsində boş saxlama rezervuarların olmaması səbəbindən belə bir qərar qəbul etmək məcburiyyətində olub.

Hadisə xəbərləri
Ona.az digər xəbərlər