Ukrayna “Ukrayna”dan çəkildiyinə görə cərimələnə bilər

Ukrayna “Ukrayna”dan çəkildiyinə görə cərimələnə bilər

Ukrayna “Eurovision-2019”da iştirakdan imtina etdiyinə görə cərimələnə bilər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ukrayna Milli İctimai Teleradio Şirkətinin İdarə Heyətinin üzvüOleksandra Koltsovabildirib.

O,həmin müsabiqənin şərtlərinə görə, iştirakçıların müqaviləni yerinə yetirmədiyi təqdirdə cərimələndiyini diqqətə çatdırıb.

“Biz “Eurovision”dakı iştirakımızı ləğv edərək cərimə ödəməliydik”, – O.Koltsova “Pramoy” televiziyasının canlı yayımında söyləyib.

Bu il Ukraynadan “Eurovision” mahnı müsabiqəsinəseçim bir çox qalmaqal ilə yadda qalıb. Bu, ilk növbədə, iştirakçıların Rusiya ilə heç bir əlaqədə olmaması ilə bağlıdır. Bundan sonra Ukrayna bu ilmayın 14-18-də Təl-Əvivdə keçiriləcək müsabiqədən imtina etmək qərarına gəlib.

Mədəniyyət xəbərləri