Ukraynada dövlət dili hökmran olur

Ukraynada dövlət dili hökmran olur

Aprelin 25-də Ukrayna parlamenti dövlət dilinin tətbiqi ilə bağlı qanun qəbul edib. Novator.az-ın məlumatına görə, imzalanmaq üçün prezidentə göndərilən sənəd Ukrayna dilinin dövlət orqanları, sosial müəssisələr, elm və təhsil, idman, media, kitab çapı, səhiyyə, poçt, rabitə, nəqliyyat və xidmət sektorlarında mütləq və şəriksiz istifadəsini nəzərdə tutur.

Qanun Dil Komissiyasının və dövlət dilinin müdafiəsi üzrə müvəkkil institutunun yaradılmasını da tənzimləyir.

Sənədə əsasən, məmurlar Ukrayna dilindən məcburi imtahana cəlb olunacaq. Dil bilgiləri qənaətbəxş olmayan şəxsləri 450 dollaradək cərimə gözləyir.

Dövlət dilinin məhkəmələrdə, orduda, polisdə, seçkiqabağı kampaniyalarda və reklam yayımında işlədilməsi məcburidir.

Qanun prezidentin, baş nazirin, hökumət üzvlərinin, deputatların, pedaqoqların, tibb işçilərinin, vəkillərin və notariusların Ukrayna dilini bilməsini hökm edir.

Dövlət dilini bilmək Ukrayna vətəndaşlığını almaq istəyən əcnəbi üçün zəruri şərtdir.

Parlamentin – Ali Radanın binası önünə toplaşan ukraynalılar qanunun qəbulunu sevinclə qarşılayıblar.

Açar sözlər
Ukrayna
Siyasət xəbərləri
Mətbuat Şurasına yeni üzvlər qəbul olundu

Mətbuat Şurasına yeni üzvlər qəbul olundu

25-04-2019 00:41 - Yenisabah.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər. İclasda Şikayətlər üzrə Komissiyanın qəbul etdiyi rəylər əsasında qərarlar da qəbul edilib.
Musavat.com digər xəbərlər