Ukraynada epidemioloji mövsümdə qripdən 63 nəfər həlak olub

Ukraynada epidemioloji mövsümdə qripdən 63 nəfər həlak olub

Kiyev, 8 may, AZƏRTAC

Ukraynada epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyasından 63 nəfər həlak olub. Bu barədə AZƏRTAC-a Ukrayna Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, ölənlərdən 20-yə yaxını 17 yaşadək uşaqlar olub. Ötən həftə 80 minə yaxın insan qrip və kəskin respirator virus infeksiyasına tutulub. Bunlardan 68 faizindən çoxu 17 yaşadək uşaqlardır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Hadisə xəbərləri
Azertag.az digər xəbərlər
İşğalçılar Topxana meşəsinin qoruq zonasında inşaat işləri aparıb

İşğalçılar Topxana meşəsinin qoruq zonasında inşaat işləri aparıb

08-05-2019 14:29 - Azertag.az - Siyasət
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Şuşa rayonunda təsdiq edilmiş ehtiyatları 1140 min kubmetr olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min kubmetr olan Şuşa kərpic gili, ehtiyatları 1234 min ton olan Şuşa əhəng xammalı, istismar ehtiyatları 70 kubmetr/ gün olan Turşsu karbonat, istismar ehtiyatları 301 kubmetr/gün olan hidrokarbonatlı mineral su - Yuxarı Şirlan karbonat, istismar ehtiyatları 41 kubmetr/ gün olan hidrokarbonatlı - Aşağı Şirlan karbonat, istismar ehtiyatları 50 kubmetr/ gün olan Şuşa yeraltı şirin su yataqları var idi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərə baxaraq təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunması, şəhərin yuxarı hissəsində, “Dörd yol” adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində 200-ə yaxın müxtəlif növ iridiametrli çoxillik ağacların kəsilməsi, ondan bir qədər irəlidə yolun sağında isə ağacların bütünlüklə qırılması, Zarıslı kəndində bütün ağacların, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağaclarının tamamilə məhv edilməsi, Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsinin qırılaraq geniş düzənlik açılması və tikililər inşa edilməsi faktlarını aşkarlayıb.