Ukraynada ikinci dünya müharibəsinə aid silah anbarı aşkarlandı

Ukraynanın Nikolayev vilayətində İkinci Dünya müharibəsinə aid 1622 silah-sursatın olduğu anbar aşkarlanıb.
Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, metal məmulatlarının axtarışı zamanı ilkin olaraq 82 mm kalibrli mina tapılıb. Dərhal müvafiq qurumlara müraciət edilib. Ərazilər xüsusi texnikalarla yoxlandıqdan sonra İkinci Dünya müharibəsi dövrünə aid külli miqdarda silah-sursat aşkarlanıb.(axar.az)
Açar sözlər
Ukrayna Fövqəladə Hallar Üzrə Dövlət Xidməti
, Ukrayna
, Nikolayev