Ukraynada qızılcadan ölənlərin sayı 16 nəfərə çatdı

Ukraynada qızılcadan ölənlərin sayı 16 nəfərə çatdı

2018-ci ilin dekabrın 28-dən 2019-cu ilin mayın 1-nə qədər Ukraynada qızılca xəstəliyindən həlak olanların sayı 16 nəfərə çatıb, bunlardan 3-ü uşaqdır. Bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verib.

Qızılca xəstəliyindən sonuncu ölüm faktı aprelin son günlərində qeydə alınıb. Nəticədə, 12 yaşlı qız həlak olub.

Hesabat dövründə Ukraynada 43783 nəfər qızılca xəstəliyinə tutulub. Bunlardan 23424-ü uşaq olub. Bu xəstəlik ən çox Ukraynanın qərb bölgəsində yayılıb.

Açar sözlər
Səhiyyə Nazirliyi , Ukrayna Mətbuat Xidməti , Ukrayna
Hadisə xəbərləri
Virtualaz.org digər xəbərlər