Ukraynalı analitik: Paşinyanı Poroşenkonun taleyi gözləyir

Ukraynalı analitik: Paşinyanı Poroşenkonun taleyi gözləyir

Ukraynadakı hadisələr Ermənistanda da gözlənilir. Cənab Paşinyan Zelenski deyil, o, tipik Poroşenkodur.

Bunu Ermənistanın 1in.am saytına müsahibəsində ukraynalı analitik Vitali Portnikov deyib.

“Paşinyan oliqarxik sistemin parçalanmasından sonra böyük ümid bəslənilən şəxsdir. Əhali görəndə ki, ümidləri doğrulmur, o zaman cənab Paşinyan cənab Poroşenko kimi sevilməz ola bilər.

Mən Ermənistanda baş verənlərlə Maydan arasında paralellər görürəm. Cənab Paşinyanın sizdə Maydan olmamasını sübut etmək üçün göstərdiyi bütün səylərə rəğmən deyə bilərəm ki, sizdə əsl Ukrayna Maydanı olub. Bizdə bu gün baş verənləri siz bir neçə il sonra görəcəksiniz”, – deyə o bildirib.

Açar sözlər
Ukrayna , Ermənistan
Siyasət xəbərləri
Virtualaz.org digər xəbərlər