Ukraynanın xarici borcu artıb

Ukraynanın xarici borcu artıb

Ukraynanın dövlət borcu 2019-cu ilin martında 0,54 milyard dollar artaraq 78,78 milyard dollar təşkil edib.

SİA-nın xarici ktləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Maliyyə Nazirliyinin (UMN) mətbuat xidmətindən bildirilib.

Əvvəllər Ukrayna Maliyyə Nazirliyi bəyan etmişdi ki, Ukrayna daxili və xarici borclara görə 17 milyard dollar ödəməlidir. Bu ilin ilk üç ayında ölkə mövcud borcundan 4,7 milyard dollar ödəyib.

“31 mart 2019-cu il tarixinə Ukraynanın dövlət borcu 2146,64 milyard qrivni və ya 78,78 milyard dollar təşkil edib.Mart ayı ərzində borc 0,54 milyard dollar artıb” – deyə məlumatda bildirilib.

loading...

İqtisadiyyat xəbərləri
Sia.az digər xəbərlər