“Ulduz” filminin “Nazik”i vəfat etdi

“Ulduz” filminin “Nazik”i vəfat etdi

Aktrisa Məleykə Ağazadə aprelin 24-də 90 yaşında dünyasını dəyişib.


Bu barədə news24.az-a aktrisanın oğlu Zeynal Ağazadə məlumat verib.


O bildirib ki, anası son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi.


Mərhum aktrisa Bakıda dəfn edilib. Bu gün aktrisanın Təzə Pir məscidində üç mərasimi keçirilir.


Qeyd edək ki, Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. 13 yaşında istedadı və çıxışlarına görə “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunub. O, 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb.


1972-ci ilə qədər filmlərə çəkilib. Məleykə Ağazadənin ən məşhur rolu “Ulduz” filmində yaratdığı “Nazik” obrazıdır.

Açar sözlər
Məleykə Ağazadə , Zeynal Ağazadə , Musiqili Komediya Teatrı , Bakı
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər