Umud Mirzəyevdən BMT-dəki erməni təxribatı ilə bağlı sensasion ETİRAFLAR + VİDEO

Umud Mirzəyevdən BMT-dəki erməni təxribatı ilə bağlı sensasion  ETİRAFLAR + VİDEO

BMT baş katibinə məktub göndərilir...


Ermənistan BMT-nin insan hüquqları Şurasına təqdim etdiyi illik hesabatdan əlavə, ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin - qondarma Dağlıq Qarabağın adına da hesabat təqdim edib.


Bu hesabat da 6 dildə yayımlanıb. Bununla da Ermənistan BMT-də təxribat törədib.


BMT kimi nüfuzlu qurumun buna şərait yaratması isə təəccüb doğurur. Azərbaycan parlamentində millət vəkilləri bu məsələni müzakirəyə çıxararaq bəyan etdilər ki, məsələyə ciddi reaksiya verilməli, bu cür təxribatların qarşısı mütləq alınmalı və müvafiq qurumlar buna münasibətini bildirməli, həmin qondarma, qanunsuz hesabat BMT-nin saytından çıxarılmalıdır.


Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva da məsələ ilə bağlı REAL-a fikirlərini açıqlayıb.


BMT-nin qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda, necə ola bilər ki, BMT tərəfindən belə bir hesabat "Arsax" adı ilə qəbul olunur?


Qeyd edək ki, BMT-nin bu təxribata imkan yaratması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə də ziddir.


Avrasiya Mətbuat Fondunun prezidenti, Mətbuat Şurası sədrinin müavini, ölkəmizin sərhədlərindən kənarda ən populyar vətəndaş cəmiyyəti təmsilçimiz olan tanınmış ictimai xadim Umud Rəhimoğlu Mirzəyevin RealTV-dəki çıxışını aydın səmada şimşək effekti kimi qəbul etmək olar və ümid edirik ki, XİN bu rəzaləti aradan qaldırmaq üçün gec də olsa səfərbərlik elan edəcək...


Açar sözlər
Leyla Abdullayeva , Xarici Işlər Nazirliyi , Bmt , Bmt Təhlükəsizlik Şurası , Mətbuat Şurası , Avrasiya Mətbuat Fondu , Azərbaycan , Qarabağ , Ermənistan
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər