"Notr-Dam-de-Paridə baş verən yanğınla bağlı fransız xalqının kədərini bölüşürəm".
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimovbildirib.
O deyib ki, Notr-Dam-de-Pari təkcə Parisin simvolu deyil, o bütün bəşəriyyətin mirasıdır: "O əsrlər boyu incəsənət xadimlərini, yazıçıları ruhlandırıb, turistləri özünə cəlb edib. Bu hadisə bizim hamımız üçün böyük faciədir".