Ürək, təzyiq, bel ağrısı, yuxusuzluq… - BU HƏRƏKƏTLƏR MİN BİR DƏRDİN DƏRMANIDIR

Ürək, təzyiq, bel ağrısı, yuxusuzluq… - BU HƏRƏKƏTLƏR MİN BİR DƏRDİN DƏRMANIDIR

Geniş yayılan fikirlərdən biri budur ki, kalori yandırmaq, arıqlamaq üçün mütləq sürətli yerimək və ya qaçmaq lazımdır. Lakin həkimlər başqa cür düşünür.

Milli.Az medicina.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, asta, adi tempdə yürüyüşlər orqanizm üçün qaçmaqdan daha faydalıdır.

Sağlam və ideal çəkidə olan bir insanın əsas karbohidrat deposu qanda qlükoza, qaraciyər və əzələlərdə qlikogen formasında saxlanılır. Kökəldikcə bədəndə yığılan yağ 500 min kalorini keçir. Karbohidrat ehtiyatı isə 480 mində stabil olaraq dayanır.

Qaçmaq qan dövranını artırmaq, həmçinin, ürək-damar xəstləlikləri ehtimalını azaltmaqla yanaşı, orqanizmdə müsbət dəyişikliklərə səbəb olur. Bundan başqa, qaçmağın fizoloji faydaları da çoxdur. Digər tərəfdən, qaçışla məşğul olan adamlar gündəlik fəaliyyətlərində daha az yorğunluq hiss edirlər.

Qaçış bütün orqanizmə silkələnmə verir, bu, hipertoniyadan, təngnəfəslikdən, zökəmdən qorunmaq üçün ən yaxşı vasitədir. O, həmçinin, qan dövranını yaxşılaşdırır və tonusda qalmağa kömək edir.

Bundan başqa, qaçış bütün əzələ qruplarını formaya salır.
Adi tempdə yürüyüşün faydaları isə qaçmağa nisbətən daha da çoxdur. Belə ki, 12 dəqiqə yürüyüşlə 80 faiz karbohidrat və 20 faiz yağ yandırılır. 12-24 dəqiqə arası yürüyüşdə isə 50 karbohidrat eyni dərəcədə də yağ yanıdırılır. Yürüyüş və qaçış zamanı geyim vasitələri də xüsusi olmalıdır.

Yürüyüş qan dövranına kömək etməklə ürək-damar xəstəlikləri riskini azaldır. Ürək əzələləri də daxil olmaqla, bir çox bədən əzələsini qüvvətləndirərək, əzələlərin daha təsirli işini təmin edir, qan təzyiqini nizamlayır, piylənmə riskini azaldır, həzmi asanlaşdırır, maddələr mübadiləsini stimullaşdırır.

Yerimək eyni zamanda oynaq və əzələlərin elastikliyini artıraraq, bel və boyun ağrılarını yüngülləşdirir. Həmçinin sümüklərin güclənməsinə kömək edir, dayanıqlılığı artırır, yuxusuzluğu azaldır, bədənin xoşbəxtlik hormonu olan endorfini azad etməyə imkan verir. Ən əsası isə yaşlanma müddətini gecikdirərək, gənc görünüş təmin edir.

Milli.Az

Mədəniyyət xəbərləri
Milli.az digər xəbərlər