Ürək tutması və stenokardiyada dərhal bu dərmanı verin – Ölümdən xilas edə bilər

Ürək tutması və stenokardiyada dərhal bu dərmanı verin – Ölümdən xilas edə bilər

Qəfil infarkt, ürək tutması, stenokardiyada təcili yardım gələnə kimi xəstəyə edə biləcəyiniz yardımlardan biri də ona nitroqliserin adlı preparatın verilməsi ola bilər.

Milli.Az medicina.az-a istinadən bu preparatın ürək tutmalarında effektiv olmasının səbəblərini təqdim edir.

İlk növbədə stenokardiyanın niyə baş verməsini araşdıraq: stenokardiya ağır fiziki yük, emosional stress, ağır qida qəbulu zamanı baş verən, sol çiyin, boyun, sol çənə, qabırğalararası nahiyəyə vuran və 15 dəqiqə davam edən ağrılardır.

Bu xəstəlik koronar arteriyaların spazmı, aterosklerozu, tutulması səbəbindən qan dövranının pozulması ilə inkişaf edir.

Bu ağrılar zamanı nitroqlisetin qısa müddətə də olsa koronar damarı genişləndirərək, antianginal təsir göstərir və qan dövranını bərpa edərək, tutmanı azaldır.

Necə istifadə etməli?

Tablet və ya kapsulu tam dilinizin altında tam əriyənə kimi saxlayın. Dərman ağrı tutmasından dərhal sonra 1 mq miqdarında qəbul edilir. Tez effekt almaq üçün kapsulu dişlərin arasında əzmək lazımdır. İkinci kapsul 45 dəqiqə sonra qəbul oluna bilər. Adətən yüngül tutmalar yarım tabletdən sonra da keçir.

Əgər 2 tabletdən sonra heç bir yaxşılaşma olmasa, təcili yardım çağırılır.

Amma unutmayın ki, nitroqliserin simptomatik təsir göstərir, xəstəliyin səbəbi damarlardır. Müalicəni o istiqamətdə aparın.

Nitroqliserin damarları tutulmuş və tez-tez ürək tutmaları olan, eləcəd də qəfil miokard infakrtı keçirdiyindən şübhələndiyin insanlarda ilkin yardım kimi istifadə oluna bilər. Ona görə iş yerlərində, evdə, ürəyi zəif insanların yanında bir qutu nitroqliserinin olması yaxşı olardı.

Milli.Az

İKT xəbərləri
Terefdar.az digər xəbərlər
Azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi ilə bağlı İşçi Qrupu yaradılıb

Azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi ilə bağlı İşçi Qrupu yaradılıb

06-08-2022 12:44 - Terefdar.az - İqtisadiyyat
Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aşağıdakı tərkibdə əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb:İşçi Qrupun rəhbəriAzərbaycan Respublikasının energetika naziriİşçi Qrupun üzvləri:Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müaviniAzərbaycan Respublikası maliyyə nazirinin müaviniAzərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müaviniAzərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müaviniAzərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniAzərbaycan Respublikası fövqəladə hallar nazirinin müaviniAzərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müaviniAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müaviniAzərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentiAzərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr müaviniAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentiEnergetika Nazirliyi İşçi Qrupun katibliyi funksiyasını yerinə yetirsin və rübdə 1 (bir) dəfədən az olmayaraq İşçi Qrupun görüşlərini təşkil etməlidur.