Uruqvayın vitse-prezidenti də separatçı-terrorçu erməni rejim “nazir”ini qəbul etdi-FOTO

Xəbər verdiyimiz kimi, dünən –aprelin 24-də Uruqvayın eks-prezidenti, “dünyanın ən kasıb prezidenti” kimi təbliğ olunan Xose Muxika Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “xarici işlər naziri” sayılan Masis Mailyan ad-soyadlı adamabənzər məxluqu qəbul edib.
Uruqvayın vitse-prezidenti separatçı məmurla “Cənubi Qafqazdakı vəziyyətlə bağlı danışıb, tərəflər regionda sabitliyin saxlanılması və uzunmüddətli sülhün yaradılmasına dair fikir mübadiləsi aparıblar". Görüşdə “qarşılıqlı maraq doğuran bir sıra məsələlər”(?) də müzakirə olunub.
P.S. Görəsən, Azərbaycan XİN belə hallarda, yəni hər hansı bir dövlət qondarma separatçı erməni rejimi ilə isti münasibətlər qurduqda, onun nümayəndələrini rəsmi qonaq statusunda qəbul etdikdə həmin ölkəyə qarşı hansı diplomatik tədbirlərə əl atır?..
Nazirliyin məsələyə münasibətini öyrənməyə çalışacağıq.
Sultan Laçın