“Uşağı görəndə düşündüm ki, Tolgahanı dünyaya gətirmişəm”

“Uşağı görəndə düşündüm ki, Tolgahanı dünyaya gətirmişəm”

Bir neçə gün bundan əvvəl uşaqları dünyaya gələn məşhur cütlük – aktyor Tolgahan Sayışman və müğənni Almeda Abazi xəstəxana çıxışında görüntülənib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar ilk dəfə oğlanları Efecanı media qarşısına çıxarıblar. Abazi KİV nümayəndələrinə açıqlamasında həyəcanlı olduğunu bildirib.

“Çox xoşbəxtəm, elə bil buludların üstündəyəm. Uşağı ilk dəfə görəndə düşündüm ki, Tolgahanı dünyaya gətirmişəm. Ona da bunu dedim. Elə bil qucağıma balaca Tolgahanı verdilər. Hətta, qan qrupları belə eynidir”- deyə Almeda qeyd edib.

Aktyor isə “Çətin bir doğuş prosesi oldu. Çox şükür ki, ikisi də yaxşıdır. Bütün qadınlara, analara hörmətim bir daha artdı” söyləyib.

Mədəniyyət xəbərləri
“Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib – FOTOLAR

“Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib – FOTOLAR

08-05-2019 16:57 - Xeberle.com - Mədəniyyət


Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində "Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib
Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində "Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib.
Festivalda məktəbin uşaq xalq çalğı alətləri orkestrinin ifasında S.Rüstəmovun "Sumqayıt”, E.Sabitoğlunun "Azərbaycan” və "Heydər Əliyev -95” Respublikası müsabiqəsinin qalibi olmuş məktəbin məzunu Nərmin Mirzəyevanın ifasında "Heyratı” zərb muğamı, VIII və IX Respublika müsabiqəsinin qalibi olmuş məktəbin uşaq xor kollektivi, "Nağaraçılar ansamblı”, "Ümid” rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.
O cümlədən, məktəbin skripka üzrə VI sinif şagirdi Elcan Manaflının ifasında Ü.Hacıbəylinin "Sevgili canan”, fleyta ixtisası üzrə I sinif şagirdi Sevil Seyidovanın ifasında S.Rüstəmovun "Alagöz”, klarnet ixtisası üzrə III sinif şagirdi Azər Əliyevin ifasında Montinin "Çardaş”, saz üzrə II sinif şagirdi Cavad Kərimovun ıfasında "Ruhani” saz havası, vokal üzrə V sinif şagirdi Mədinə Baloğlanzadənin ifasında F.Əmirovun ”Sevil” operasından ”Dilbərin ariyası”, tar ixtisası üzrə V sinif şagirdi Orxan Həsənxanovun ifasında H.Vəkilovun "Şıdırığı” əsərləri maraqla dinlənilib.
Sonda festival iştirakçıları məktəbin rəsm şöbəsi şagirdlərinin Sumqayıtın 70 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.
Qafqazinfo.az digər xəbərlər