Uşaqlara bu meyvələri verməyin - Tanınmış pediatr


Uşaqlara bu meyvələri verməyin-Tanınmış pediatr

“Mövsümündən qabaq satışa çıxarılan meyvələr təbii yolla yetişdirilmir”.

Bunu Cebhe.info-ya açıqlamasına tanınmış pediatr Vaqif Qarayev deyib. Onun sözlərinə görə, hazırda satışda olan alça və çiyələyi uşaqlara vermk düzgün deyil. Vaqif Qarayev artıq bununla bağlı şikayətlərin çoxaldığını deyib:

“Meyvələrin yalnız görünüşü var. Onların nə dadı, nə də qoxusu var. Hər kəsə bəllidir ki, bu meyvələr istixanalarda yetişdirilir. Tərkibinə isə istixana şəraitində müxtəlif kimyəvi maddələr vurulur”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 90