"Uşaqlara kompüter, mobil telefon verməklə onları xoşbəxt edə bilmərik" - AÇIQLAMA

"Uşaqlara kompüter, mobil telefon verməklə onları xoşbəxt edə bilmərik" - AÇIQLAMA

"Mühəndislər, iqtisadçılar çox fərqli işlər görə bilərlər, amma kitabın işıq, işığın da kitab olması çox anlamlı bir işdir. Azərbaycan və Türkiyə yazarlarının kitablarını uşaqlara tanıtmaq çox qürurvericidir". Bu sözləri açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman bildirib.

O, əlavə edib ki, uşaqların dünyasına enə bilərsən, amma televiziyadan, internetdən daha çox kitabları uşaqlara sevdirə bilsək o zaman biz bacardıq deyə bilərik: "Biz uşaqlara kompüter, mobil telefon verməklə onları xoşbəxt edə bilmərik. Ən vacibi onlara kitabları tanıtmağımız bizim ən ümdə məqsədimiz olmalıdır”.

Mədəniyyət xəbərləri
Sia.az digər xəbərlər