"Uşaqlarımız çox istedadlıdır" - ÖZƏL- MÜNASİBƏT

"Uşaqlarımız çox istedadlıdır" - ÖZƏL- MÜNASİBƏT

"Uşaqların Vətəni, musiqini, təbiəti sevməsi vacibdir. Onlarda həyata sevgi yaratmaq biz müəllimlərin borcudur. Onu da deyim ki, ölkəmizdə uşaqlar çox istedadlıdırlar". Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəlliməsi Gülnarə Qurbanaova deyib.

Musiqiçi bildirib ki, Mərkəzin rəhbərliyi istedadlı uşaqların önə çıxarlmasında hvəslə çalışır: " Mərkəzdə daim gözəl tədbirlər keçirilir. Uşaqlar burada həm vaxtlarını səmərəli keçirir, həm də istedadlarını nümayiş edirlər. Bu günlərdə keçirilən sərgidə “Dekorativ rəsm” dərnəyinin üzvlərinin ekoloji mövzuda hazırladıqları 50-yə yaxın əl işi nümayiş olunub. Mərkəzin gənc rəssamları tullantılardan hazırladıqları geyimlərdən ibarət moda kolleksiyalarını təqdim ediblər.

Tədbirdə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, AMEA-nın Zoologiya İnstitutu, AMEA nəzdində fəaliyyət göstərən Zooloji Muzey, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dənizkənarı Bulvar İdarəsi, AMEA Mərkəzi Nəbatat Bağı və digər qurumların nümayəndələri iştirak ediblər".

Gülnarə Qurbanova bildirib ki, Mərkəzdə fəaliyyət göstərən "Azəri inciləri" vokal qrupu da öz maraqlı repertuarı ilə seçilir. Qrup respublika miqyaslı tədbirlərdə fəal iştirak edir, musiqisevərlərin ruhunu oxşayır.

loading...

Mədəniyyət xəbərləri
Sia.az digər xəbərlər