ÜST: Dünyada koronavirusa yoluxanların sayı 347 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 347 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 347 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 347 925 nəfər yeni koronavirusa yoluxub, 5 281 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 90 070 341, ölənlərin isə 1 945 935 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 22 428 591 nəfər. Siyahıda daha sonra Hindistan (10 495 147), Braziliya (8 131 612), Rusiya (3 448 203), Böyük Britaniya (3 118 522), Fransa (2 740 656), İtaliya (2 289 021), İspaniya (2 111 782), Almaniya (1 933 826), Kolumbiya (1 801 903), Argentina (1 730 921), və Meksika (1 541 633) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Açar sözlər
Tass , Ümumdünya Səhiyyə Təşkilatı , Bakı , Italiya , Ispaniya , Hindistan , Böyük Britaniya , Abş , Almaniya , Fransa , Rusiya , Meksika , Braziliya , Kolumbiya , Argentina , Koronavirus
Hadisə xəbərləri
Trend.az digər xəbərlər