“Utanıb yerə girmək əvəzinə, belə bəyanatlar verirsən” - Arif Paşadan generala sərt İTTİHAM

“Utanıb yerə girmək əvəzinə, belə bəyanatlar verirsən” - Arif Paşadan generala sərt İTTİHAM

“Utanıb yerə girmək əvəzinə, belə bəyanatlar verirsən” - Arif Paşadan generala sərt İTTİHAM

General-mayor Elbrus Orucov mayın 8-də - Şuşa şəhərinin işğalının 27-ci ildönümündə HafizTimes.com-a müsahibə verib. Keçmiş müdafiə naziri Rəhim Qazıyevin onu “Şuşaya xəyanət”lə ittiham etməsinə münasibət bildirən E. Orucov maraqlı məqamlara toxunub. Onun bu suala cavabını olduğu kimi təqdim edirik:

“Ruslarda belə bir deyim var: “Əgər sən də ona cavab versən, onun səviyyəsinə düşərsən”. Hamı da bilir ki, o, ağzına gələn hər sözü danışır. Mən heç vaxt onun səviyyəsinə düşmərəm. Mənim ad-sanım var. Axı mən elə insan deyiləm. Mən öz sözümü cəbhədə demişəm. Bütün cəbhə bölgələrində Tərtər, Goranboy, Ağdam, Füzulidə şəxsən mənim adım çəkilir. Əgər siz Şuşa, Laçından olan bir nəfərdən soruşsanız görəsiniz ki, Elbrus Orucov haqqında necə danışırlar!

Gedin mənim haqqımda bir vaxtlar danışmış Arif Paşayevdən (Laçın özünümüdafiə alayının komandiri Arif Paşa-red.) soruşun! Hamının yanında məndən üzr istəyib dedi ki, Elbrus müəllim hamının səhvi olur, siz böyük adınıza görə hamını bağışlaya bilərsiniz. Məndən də xahiş etdi. Mən də bağışladım. Mənim haqqımda Arif Paşayevdən, Aqil Əliyev, Fəxrəddin Səfərovdən soşurun. Mən hara, Rəhim Qazıyev hara!”.

Elbrus Orucovun müsahibəsində adını çəkdiyi Laçın alayının komandiri Arif Paşa Modern.az-a açıqlamasında general-mayordan üzr istəmədiyini vurğulayıb:

“Mən düşünürdüm ki, bu adam, yəni Elbrus Orucov baş vermiş hadisələrdən nəticə çıxarıb, rusların əlində oyuncağa çevrilməyinin Vətən üçün hansı fəlakətli nəticə verdiyini dərk edərək, vicdan əzabı çəkib və günahını yumaq istəyindədir. Yanılmışam! Qozbeli qəbir düzəldər. Elbrus Orucovun Şuşa-Laçın məhkəməsində verdiyi heç bir ifadə bir-birinə uyğun gəlmirdi. Çünki yalançının yaddaşı olmaz! O başdan ayağa yalan danışırdı. İndiki kimi...

Mən yurdumun erməni tapdağı altında qalmasında bilavasitə məsuliyyət daşıyan, mənim illərlə günahsız olaraq həbsdə yatmağıma səbəb olmuş birisindən üzr istəyə bilərdimmi? Əxlaq və ləyaqətdən nə qədər uzaq olmalısan ki, utanıb yerə girmək əvəzinə belə bəyanatlar verəsən.

Şuşa və Laçının işğalına münasibətdə Rusiyanın Ukraynada – Krımda törətdiklərini nəzərə almalıyıq. Düşüncələrimizdə müəyyən xırda dəyişikliklər ondan ibarətdir ki, biz Şuşanı saxlamaq imkanına malik olmamışıq. Bizdən qat-qat böyük potensiala malik olan Ukraynadan Krımı qoparıb alan Rusiyanın Şuşa və Laçını da bizim əlimizdən almağa gücü yetəcəkdi. Amma bu Elbrus Orucovun bu torpaqların işğal edilməsindəki günahlarına bəraət verə bilməz”.

Arif Paşa xüsusi olaraq vurğulayıb ki, əksinə, Etibar Orucov ondan üzr istəyib:

“Mən yox, o, məndən üzr istəyib. Birinci dəfə 1998-ci ildə mən həbsdən çıxandan sonra, yaşadığım qəsəbəyə gələrək "Asiman" restoranının yanında, Seyfullayev Telman Saleh oğlunun da şahidliyi ilə onu bağışlamağımı xahiş edib.

İkinci dəfə 2014-cü ildə Elmlər Akademiyası yaxinlığındakı kafedə mən, Şuşa könüllü batalyonunun komandiri Fəxrəddin Səfərov və Qubadlı rayonunun komendantı olmuş Saleh Rüstəmovdan üzr istəyib. Burada adlarını çəkdiyim hər bir şəxsin sizə əlaqə nömrəsini verərəm. Dəqiqləşdirə bilərsiniz”.

Paylaş:

Siyasət xəbərləri
İncəsənət xadimlərinə Prezident mükafatları veriləcək - SİYAHI

İncəsənət xadimlərinə Prezident mükafatları veriləcək - SİYAHI

10-05-2019 19:05 - Milli.az - Siyasət
Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:Abbasov Tariyel Abbasqulu oğluAbdullayev Mətləb Fətəli oğluAbdullayeva Xurşid Lütfəli qızıAbdurahmanov Yusif Fikrət oğluAdıgözəlov Yalçın Vasif oğluAxundov Bəxtiyar Ağayar oğluAllahverdiyev Vasif Kərim oğluAllahverdiyeva Naibə Siyavuş qızıBabayev Zeynalabdin Abdulla oğluBabayeva Stella Rza qızıBağırov Tamerlan Kamal oğluBaliyeva Natalya GennadyevnaBayramov Təyyar Allahverdi oğluBəxtiyarov Rəşad Bəhram oğluBulax Svetlana MixaylovnaButenko İqor LeonidoviçCəfərov Mircavad Mirqəfər oğluCəfərov Novruz Adil oğluCəfərov Samir Qədir oğluEldarova Nəsibə Novruz qızıEyyubov Musa Eyyub oğluƏbdülsəmədova Zemfira Feyzulla qızıƏhmədli Bəhruz Vaqif oğluƏhmədov İlkin Qənbər oğluƏləkbərzadə Mehriban Zaur qızıƏliyev Ələkbər Həsən oğluƏliyev Sərvər Bəhlul oğluƏliyev Vahid Əsgər oğluƏliyev Vaqif Səfər oğluƏliyeva Böyükxanım Həsənbala qızıƏliyeva Dilarə Asif qızıƏliyeva Gülüstan Həsən qızıƏliyeva Nərgiz Arzu qızıƏliyeva Şəfəq Rəsul qızıƏmirbəyova Rita Cəmil qızıƏmirov Cəmil Fikrət oğluƏsədova Məleykə Əlifağa qızıƏsədova Səbinə ÇingizovnaƏsədullayev Toğrul Mirnazim oğluƏsgərov Əli Rəhim oğluƏsgərov Əsgər Əkbər oğluƏsgərov Qoçaq Məhərrəm oğluƏzizov Əzizağa Ağayar oğluFerşdant Makar SergeyeviçGöyçayev Teymur Ənvər oğluGözəlova İradə Vaqif qızıHacıyeva Fidan Hacıağa qızıHacıyeva Sevil İnşalla qızıHeybətov Anar Mithət oğluHeydərova Çinarə Yaşar qızıHəmidov Əjdər Qüdrət oğluHəsənquliyev Kazım Feyruz oğluHəsənova İradə Aslan qızıHəşimova Növrəstə Xanəli qızıHüseynov Tofiq Əbdülrəhim oğluHüseynova Gülnarə Hüseyn qızıHüseynova Kamilla Fikrət qızıHüseynova Laləzar Ramil qızıXanızadə Bəxtiyar Oqtay oğluXanlarova Mehriban Aslan qızıXasıyev Nadir Şənbə oğluXəlilzadə Rüfət Eldar oğluİbrahimova Səbinə Vaqif qızıİbrahimova Şəhla İbrahim qızıİmanov Vaxtanq Yaşar oğluİmanova Gülbacı Əliəkbər qızıİsgəndərova Sənubər Sabir qızıİsmayılov Qurban İbrahim oğluKazımov Nicat Mirəziz oğluKərimov Fəxrəddin Nuri oğluKərimov Loğman Seyfulla oğluKərimova Cəmilə Rüstəm qızıKərimova Qərinə Rəhim qızıQarayev Elnar Cəfər oğluQasımov Məmmədsəfa Məmmədəli oğluQasımov Yusif Əli oğluQəmbərli Ayaz Vahab oğluQəmbərov Salman Hüseyn oğluQəribova Nargilə Dursun qızıQrafkin Boris FyodoroviçQuliyev Cəmil Elşad oğluQuliyev Elxan Əlibala oğluQuliyev Əyyub Ramiz oğluQuliyev Hafiz Məhərrəm oğluQuliyev Qabil Əzizulla oğluQuliyev Rövşən Vaqif oğluQuliyeva İntizar Təhməzqulu qızıQuliyeva Şəlalə Şahvələd qızıQurbanov Cahangir Qafar oğluQurbanov Oruc İzzət oğluQurbanova Gülzar Qurban qızıQurbanova Pərvanə Yaqub qızıMahmudov Zülfüqar Xudaverdi oğluMehmandarov Mustafa Adil oğluMəhərrəmov Firudin Əliməmməd oğluMəmmədxan Ucal İsa oğluMəmmədov Anar Ramiz oğluMəmmədov Əbülfəz Səid oğluMəmmədov Maqsud Fazil oğluMəmmədov Natiq Hidayət oğluMəmmədov Sabir Novruz oğluMəmmədov Səyyad Çapay oğluMəsimov Qurban Abdulla oğluMəstanov Vaqif TeyyuboviçMikayılov Anar Şamil oğluMirişli Nazim Ramiz oğluMirqasımova Ayan Oqtay qızıMirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğluMirzəyev Gülağası Ağahüseyn oğluMirzəyev Rafiq İsmayıl oğluMusayeva Səmayə Məmməd qızıMusayeva Şükufə İmran qızıMustafayev Arzu Əhməd oğluMustafayeva Laləzar Bəşir qızıNəbizadə Zabit Gülxan oğluNəsirova Hicran Fətəli qızıNəzərov İlham İslam oğluNovruzova Nübar Qulu qızıNuriyev Nurlan Nurməmməd oğluNurzadə Əli Qayıb oğluOsmanov Bəhram Məcid oğluPiriyev İvtixar Fəhrat oğluPoladov Əkrəm Nicat oğluRüstəmov Elşən Mərdan oğluSabayev Andrey YuryeviçSadıqov Anar Babalı oğluSalahov Əbülfət Yusif oğluSalmanov Nicat Fərhad oğluSeyidov Uran Seyidmusa oğluSəlimli Mirbala Seyidəsgər oğluSəlimov Ruslan Xanbala oğluSəmədov Şükür Hacıbala oğluSpitsina Yelena EduardovnaSüleymanova Ulduz İbrahim qızıŞarovskaya Natalya YuryevnaŞərifəliyeva Səidə Vahid qızıŞərifov Munis Məhəmməd İsmayıl oğluŞıxəliyev Ramin Tofiq oğluŞirəliyev Elşən Şıxəli oğluŞirməmmədov Xamis Xanmirzə oğluTağızadə İrana Tofiq qızıVahabzadə Səbinə Qulam qızıVəliyev Nofəl Abdulməcid oğluVəliyeva Nigar Natiq qızıYaqubov Şıxı Miriş oğluYaqubova Ella İsmayıl qızıZeynalov Azər Zeynalabdin oğluZeynalov Elnur Əli oğluZəki Mehriban Mürvət qızıZülfüqarov Cahangir Oqtay oğlu.
Regionxeberleri.com digər xəbərlər