Üzeyiri Qırğızıstanda belə qarşıladılar VİDEO

Üzeyiri Qırğızıstanda belə qarşıladılar VİDEO

Müğənni Üzeyir Mehdizadə konsert vermək üçün Qırğızıstana səfər edib. SİA-nın məlumatına görə, sənətçi paytaxt Bişkekdə təmtəraqla qarşılanıb. Belə ki, hava limanından Üzeyiri qaldığı otelə “Hummer” markalı "Limuzin"lə aparıblar və onu kortej müşayiət edib. Qarşılanma zamanı rəqqaslar Üzeyirin qarşısında çıxış ediblər, ona çiçəklər təqdim olunub. Sənətçi həmçinin yerli telekanallardan birinə müsahibə verib.

Həmin anlar lentə alınıb. Sosial şəbəkələrdə paylaşılıb.

Aktyor Fərda Xudaverdiyev Üzeyirin sözügedən görüntülərini "İnstagram" səhifəsində yayımlayaraq münasibət bildirib: "Allah səni qorusun. Səninlə qürur duydum".

Qeyd edək ki, sənətçi iki gün fərqli məkanlarda çıxış edəcək.

Mədəniyyət xəbərləri
Sia.az digər xəbərlər