Üzünü it parçalayan uşağın həkimi: "Müalicə bitib, amma..."

Üzünü it parçalayan uşağın həkimi: "Müalicə bitib, amma..."

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunun vəziyyəti normaldır.


Moderator.az xəbər verir ki, bu barədə Trend-ə uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.


Onun sözlərinə görə, xəstənin ətraf toxumasının plastik əməliyyatı aparıldıqdan sonra dişlənmiş yanaq bərpa edilib:


“Uşağın yaraları artıq sağalıb. Yaralar üzərinə qoyulmuş tikişlər də sökülüb. Bizim tərəfimizdən onun müalicəsi dayanıb. Amma valideynlər öz istəkləri ilə uşağı hələ xəstəxanada saxlamaq istəyirlər”.


Hüseynin atası Qismət Məmişov bildirib ki, uşağın vəziyyəti artıq yaxşıdır. Amma uşağa hər hansı infeksiyon xəstəliyin keçməsindən ehtiyat etdikləri üçün onu aprelin 30-u və ya mayın 1-dək xəstəxanada saxlayacaqlar.


Xatırladaq ki, aprelin 16-da itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb. İt quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Kliniki Tibbi Mərkəzə aparılıb.

Hadisə xəbərləri
Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - təfərrüat

Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - təfərrüat

26-04-2019 09:51 - Sfera.az - Hadisə
V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib.


 Ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.


2004-cü ildə işə qəbul olunan Vüqar Mahmudov NTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləsə də, faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib.
Moderator.az digər xəbərlər