Vahid Əhmədov: Dövlət niyə sığortanı öz üzərinə götürməlidir?

Vahid Əhmədov: Dövlət niyə sığortanı öz üzərinə götürməlidir?

"Aqrar sığorta haqqında” qanun layihəsinə görə, AzərbaycandaAqrar Sığorta şirkəti yaradılır. Amma Azərbaycanda digər dövlət və qeyri-dövlət sığorta şirkətləri də var. Onların bu prosesdə iştirak edib-etməməsi qanunda əks olunmalıdır.

7News.Azxəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Vahid Əhmədov "Aqrar sığorta haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanun layihəsində sığortanın icbari və ya könüllü olması əks olunmalıdır:

"Bundan əlavə, qiymətqoyma məsələsi də sığorta hallarında problemdir. Burada qeyd olunur ki, yerli və xarici mütəxəssis iştirak edə bilər. Bizim öz mütəxəssislərimizvar. Xarici mütəxəssislərə, məncə, ehtiyac yoxdur.

Həmçinin, dövlət niyə sığortanı öz üzərinə götürməlidir ki? Dövlət büdcəsində aqrar sığorta məsələlərinə aydınlıq gətirilməsini istəyirik. Niyə dövlətAqrar Sığorta Şirkətinə vəsait verməlidir?”

7News.Az

İqtisadiyyat xəbərləri
7news.az digər xəbərlər