Vahid Ələkbərov 20,7 milyard dollarla ilk üçlükdə - Siyahı

“Forbes” jurnalı Rusiyanın ən zəngin biznesmenlərinin illik siyahısını dərc edib.
Siyahıya “Sibura” və “Novatek” iri auksionerlərinin rəhbəri Leonid Mihelson liderlik edir. Onun sərvəti 24 milyard dollar miqdarında dəyərləndirilir.
İkinci yerdə 21,3 milyard dollar sərvətlə “NLMK” şirkətinin direktorlar şurasının sədri Vladimir Lisin yer tutub.
Üçüncü yerdə isə 20,7 milyard dollar sərvətlə “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovqərarlaşıb.
Onluğa daxil olan digər iş adamları aşağıdakılardır:
Aleksey Mordaşov- “Severstali” şirkətinin direktorlar şurasının sədri, 20,5 milyard dollar
Qennadi Timçenko – “Novateka” və “Sibura”nın direktorlar şurasının üzvü, 20,1 milyard dollar
Vladimir Potanin – “İnterros” holdinqinin rəhbəri və “Nornikel” şirkətinin prezidenti, 18,1 milyard dollar
Mixail Fridman – “LetterOne Holdings”in direktorlar şurasının üzvü, “Alfa-Qrupp”un sədri, 15 milyard dollar
Andrey Melnitsenko – “Evrohima” strateji komitəsinin sədri, 13,8 milyard dollar
Alişer Usmanov – “USM holding”in auksioneri və sahibi, 12,6 milyard dollar
Roman Abramoviç – “Milllhouse”investisiya şirkətinin sahibi, 12,4 milyard dollar
Qeyd olunur ki, siyahıya 100 dollar miyarderi və 100 multimilyoner daxil edilib. 200 zəngin insanın sərvəti ümumilikdə 496 milyard dollardır.(Qafqazinfo)