VALYUTA MƏZƏNNƏLƏRİ

VALYUTA MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 26 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, aprelin 26-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,8931 manat təşkil edir.

1 türk lirəsi 0,2862 manat, 1 rus rublu 0,0263 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6302 manatdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Azərbaycan Mərkəzi Bankı , Azərbaycan Xəbərləri Class , Iran , Abş
İqtisadiyyat xəbərləri
Bazarlarda qiymətlər düşəcək: - Köməyə çinlilər gəlir

Bazarlarda qiymətlər düşəcək: - Köməyə çinlilər gəlir

26-04-2019 21:51 - Faktor.az - İqtisadiyyat

İstixanalarda meyvə-tərəvəzin istehsalının nəzərəçarpacaq dərəcədə artması və onların saxlanma müddətinin uzadılması kənd təsərrüfatı məhsullarının qiymətlərini açıq sahədə yeni məhsul yetişənədək sabit saxlamağa imkan verəcək.

Faktor.az Sputnik Azərbaycan-aistinadən xəbər verir ki,martın sonları və aprelin əvvəllərində Azərbaycanda tərəvəz məhsullarının qiymətlərinin baha olması ciddi narahatlıq yaratmışdı.
 
Bu məsələ Çinin biznes dairələrinin 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisini başa çatdırmasından və Azərbaycanda aqro-logistik sənaye parklarının yaradılmasından sonra yekun həllini tapacaq.

Bu il aprelin 24-də Çinin paytaxtında keçirilən 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.

İmzalanan sənədlər arasında Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına dair əməkdaşlıq memorandumları da var.

Ölkənin aqrar sektorunda müasir texnologiyanın tətbiqi, Çinin biznes dairələrinin 300 hektaradək sahədə müasir istixana kompleksinin və aqro-logistik sənaye parklarının tikintisinə sərmayə qoyması barədə razılığın əldə olunması təkcə meyvə-tərəvəz istehsalının nəzərəçarpacaq dərəcədə artırılmasına deyil, həm də onların açıq sahələrdə yeni məhsul becərənədək qorunub saxlanmasına da imkan verəcək.

Yeri gəlmişkən, əgər Çin texnologiyası əsasında qurulmuş istixanalarda meyvə-tərəvəzin becərilməsindən danışırıqsa, bu o demək deyil ki, söhbət dadsız, orqanizmə zərərli və ətraf mühitə ziyan vuran məhsulun istehsalından gedir.
Metbuat.az digər xəbərlər