"Vaxt sərf etmirəm, çünki asılılıq yaradır" - Məşhurlar izlədiklərindən danışdı / SORĞU

"Vaxt sərf etmirəm, çünki asılılıq yaradır" - Məşhurlar izlədiklərindən danışdı / SORĞU

Tanınmışlar hansı serialları izləyir və hansı janrda filmləri sevirlər ?

Metbuat.az bir necə məşhur sima ilə əlaqə saxlayıb “serial və film” mövzusunda sorğu keçirib.

Metbuat.az-a danışan Sevil və Sevinc bacıları vaxt olduqca film izlədiklərini bildirib:

“Sonuncu dəfə hansı seriala baxıb zövq almışam yadımda deyil. Vaxt olduqca film izləyirəm. Son zamanlarda “Hercai” serialını çox tərifləyirlər, izləməyi düşünürəm”.

Müğənni Zamiq Heseynov filmlərlə arası yaxşı olan məşhurlardandır:

“Film izləmək mənim üçün istirahət etməkdir. Hər janrda film izləyirəm və sevirəm. Baxdığım serial isə “Çukur”dur”.

Müğənni Nərmin Kərimbəyova düşünür ki, serial izləmək asılılıq yaradır:

“Seriallara vaxt sərf etmirəm, çünki asılılıq yaradır və mən nədənsə asılı olmaq istəmirəm. O ki qaldı filmlərə, demək olar ki, kinomanam. Köhnə filmlərə baxmağı daha çox sevirəm, amma yeni nə kino çıxsa çalışıram xəbərim olsun və izləyim”.

Şəbnəm Əsədova açıqlamasında bildirdi ki, “Green book” onun ən sevdiyi filmdir.

Sevinc Kərimova // METBUAT.AZ

Səmra ehtiras dolu şəkilləri ilə gündəmdə - FOTO

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mədəniyyət xəbərləri
Metbuat.az digər xəbərlər