VƏHŞİLİK! Arvadının boğazını zəncirlədi - Buna görə.../ FOTO

VƏHŞİLİK! Arvadının boğazını zəncirlədi - Buna görə.../ FOTO

Ukraynada 40 yaşlı bir adam şorbasını bəyənmədiyi üçün arvadını zəncirlədi və günlərlə ac-susuz buraxdı.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, sadəcə adının Aleksandr olduğu açıqlanan adam arvadının bişirdiyi ənənəvi borş şorbasından məmnun qalmayıb.

Bu üzdən yoldaşını əvvəl evə bağlayıb, sonra boynuna zəncir bağlayaraq onu aclığa və susuzluğa məhkum edib.

Angela adlı qadın həyat yoldaşı tərəfindən üç gün ərzində ac və susuz buraxılıb, hətta tualetə getməsi belə mümkün olmayıb.

Hadisənin 2017-ci ilin dekabr ayında meydana gəldiyi bildirilir. İddiaya görə, qadın borş şorbasının əsas materialı olan çuğunduru şorbaya əlavə etdiyi üçün əri tərəfindən işgəncəyə məruz qalıb. Qadın müqavimət göstərdikcə gözü dönmüş adam qadını pər ilə döyüb.

Üçüncü günün sonunda qohumlarının evə zorla girməsi sayəsində qadın əsarətdən xilas edilib.


Məhkəmədəki ifadəsində adam arvadına bir dərs vermək və onu 9 gün ərzində zəncirli tutmağı planlaşdırdığını deyib.

Məhkəmə ona 3 il həbs cəzası verib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Ukrayna Xəbərləri Class , Müqavimət , Ukrayna
Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər