Vəkil olmaq istəyənlər, DİQQƏT! - Sabah imtahandır

Vəkil olmaq istəyənlər, DİQQƏT! - Sabah imtahandır

Vəkil olmaq istəyənlər, DİQQƏT! - Sabah imtahandır

09:32 29 Mart 2019


Dövlət İmtahan Mərkəzi martın 30-da Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.


Mərkəzdən Femida.az-a verilən məlumata görə, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılmışdır. İmtahanda iştirak etmək üçün 250 nəfər qeydiyyatdan keçmişdir.

İmtahan saat 10:00-da başlayır və 3 saat davam edəcək.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunur.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

Femida.az

Açar sözlər:#vəkil #imtahan #kollegiya #hüquq #DİM

Oxunub: 848


Mədəniyyət xəbərləri
Femida.az digər xəbərlər
Azərbacan Ordusu 100 - İnfoqrafika

Azərbacan Ordusu 100 - İnfoqrafika

26-04-2019 15:11 - Femida.az - Siyasət
1994-cü ilin yanvar ayının 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını Horadiz qəsəbəsinə sancmışdırlar.1994, 4 mayAzərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmuşdur.1998, 13 martNaxçıvan Muxtar Respublikasında Heydər Əliyev adına Hərbi Liseyin əsası qoyuldu.1999Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmışdır.2016, 1-4 AprelAprel zəfəri2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə, Ermənistan Silahlı Qüvvələrinin növbəti təcavüzkar fəaliyyətinin qarşısının alınması və cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunmuş, eləcədə də Cocuq Mərcanlı, Seysulan və Madaqiz kəndləri istiqamətindəki mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçmişdir.2018, mayGünnüt əməliyyatı2018-ci il may ayında Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Xunut dağı və Mehridağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib.