Vəkillər Kollegiyasının sədrinə yeni vəzifə verildi –Məhkəmə-Hüquq Şurasında dəyişiklik
Vəkillər Kollegiyasının sədrinə yeni vəzifə verildi –Məhkəmə-Hüquq Şurasında dəyişiklik
Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədriAnar BağırovMəhkəmə-Hüquq Şurasının üzvü təyin olunub.
Bu barədə qərar VK-nın Rəyasət Heyətinin aprelin 1-də keçirilən iclasında qəbul olunub.
Belə ki, Rəyasət Heyəti, Kollegiyanın sədri A.Bağırovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunması barədə qərar qəbul edib. Həmin qərar aprelin 2-də Məhkəmə-Hüquq Şurasına göndərilib.
A.Bağırov bu vəzifədəMərkəzi Seçki Komissiyasının üzvü, Vəkillər Kollegiyasının üzvüRamiz İbrahimovu əvəz edəcək. R.İbrahimovMəhkəmə-Hüquq Şurasından öz ərizəsi ilə ayrılıb.
Qeyd edək ki, “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna əsasən, hər orqan Şuraya öz üzvünü təyin edir/Report.