“Vena xəstəlikləri: yeni üfüqlər” mövzusunda konfrans keçirilib

“Vena xəstəlikləri: yeni üfüqlər” mövzusunda konfrans keçirilib

"Vena xəstəlikləri ürək və beyin arteriyaları kimi əhəmiyyətli venaların olduğu bütün orqanlardan, beyindən qanın ürəyə qayıtmasına səbəb olan böyük venalarda yaranan problemlərdir. Bu dərin vena trombları və ağciyər emboliyası kimi ölümcül hadisələr yaradır".

ONA xəbər verir ki, bunu “Vena xəstəlikləri: yeni üfüqlər” mövzusunda konfransında Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) intervensional radiologiya və şüa diaqnostikası şöbəsinin müdiri, professor Ahmet Memiş deyib.

O bildirib ki, günümüzdə bu xəstəliklər zamanı "xəstə ölər" deyilsə və təbii ölüm adlansa da, texnologiyanın inkişafı ilə qarşısının alınması mümkündür: “Bu, bir çox hamilə ana ölümlərinin səbəblərindən biridir. Hazırda uşaqlığın qanaxması, ağciyər emboliyasının qarşısını almaq üçün çoxlu operativ metodlar var. Bu xəstəliklər diaqnozun qoyulmasında çətinliklər yaradan hadisələrdir. Xəstə təngnəfəslik, ürək döyüntüsünün artması, ürək çatışmazlığı kimi şikayətlərlə gəldikdə, infarktla birlikdə mütləq ağciyər emboliyasını da nəzərə alaraq düşünmək lazımdır. İlkin addımda bu diaqnoz düşünülmədiyi üçün diaqnozunu qoymaq çox çətindir. Amma düşünülən zaman kompüter tomoqrafiyası ilə rahat diaqnoz qoymaq olur. Daha sonra trombu müxtəlif metodlarla müalicə etmək mümkündür. Azərbaycanda bütün operativ metodlar xəstəxanamızda həyata keçirilir”.

Cərrah bildirib ki, ağciyər törəmələrinin yuxarı boş venaya, qarın törəmələrinin aşağı boş venaya yapışmaları və bu venalardakı tutulmalar gerçək onkoloji hadisələrdir: "Dərin vena trombları və xroniki fəsadları ən ciddi ağciyər emboliyası kimi ağır nəticələrlə, hətta ölümlə nəticələnə bilir. Son illərdə xroniki böyrək çatışmazlığı xəstələrində hemodializ üçün, onkoloji müalicələrdə uzunmüddətli kimyaterapiya müalicələri və reanimasiya-böyük əməliyyatlarda istifadə edilən santral venoz kateterizasiyaya bağlı xroniki vena daralma və tutulmaları həyat keyfiyyətini pozan patologiyalardır. Xroniki böyrək çatışmazlığında transplantasiya imkanı olmayan xəstələrdə xroniki hemodializ arteriovenoz fistulaları və kateterləri "lifeline", yəni həyata bağlanan yol olaraq qəbul edilir və bu həyat yollarının mühafizəsi həyatda qalma müddətini artırmaqdadır".

Açar sözlər
Azərbaycan
Hadisə xəbərləri
Ona.az digər xəbərlər