Venesuelada ABŞ-Rusiya qarşıdurması – Hansı güc qalib gələcək?

Venesuelada ABŞ-Rusiya qarşıdurması – Hansı güc qalib gələcək?

ABŞ PrezidentiDonald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviriCon Boltonaylar öncəVenesuela məsələsini yaxından izləməyə girişən kimi, bu ölkədə hazırda baş verənlərin olacağı Vaşinqtonda danışılmağa başlandı.

Con Bolton, Maduronu ölkədən zorla çıxararaq, yerinə Quaydonu gətirmək istəyir. Hətta bir araKolumbiyada yerləşdirilən ABŞ hərbçilərinin oradan Venesuelaya göndərilməsinin planı belə hazırlanmışdı.

Plan tətbiq edilməyə başlandı

Quaydo, səhər erkən saatlarda özünə yaxın hərbi birliyə gedərək, qiyama çağırış etməklə bu planı həyata keçirməyə başladı. O, çağırış edərkən Bolton Vaşinqtondan Venesuela Müdafiə naziri, Konstitusiya Məhkəməsinin sədri və Prezident Qvardiyasının komandirinə müraciət edərək, onların hərəkətə keçmələrini istədi. Venesuela Müdafiə nazirinin arvadı ilə birlikdə İspaniya səfirliyinə sığındığı söylənilir. Bu xəbər hələ təsdiq olunmayıb, lakin hazırda danışılan budur.

“Maduro qaçacaq” dedi-qodusu

ABŞ Xarici işlər naziriMayk Pompeo, Venesuelada hadisələr başlarkən Maduronu ölkədən alıb Kubaya qaçıracaq təyyarənin hazır vəziyyətdə gözlədildiyini söylədi. Bu xəbər təsdiq olunmadı, ancaq daha sonra VaşinqtondaPutinin Maduronu bu fikirdən vaz keçirdiyi söylənməyə başladı.

ABŞ rəhbərliyi Kubanın davamlı olaraq Maduroya yardım üçün Venesuelanın daxili işlərinə qarışdığını düşünür. Kubanın arxasında da Rusiyanın durduğu Vaşinqtonda açıq söylənilir. Rəhbərlik Kubaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ideyası üzərində də işləməyə başladı.

Putin-Tramp toqquşması

Respublikaçılar Partiyasına yaxın olan mənbələr bir müddətdir ki, Trampın necə Putinə qarşı duracağının, eyni zamanda Rusiya ilə əməkdaşlığı haqqında irəli sürülən iddiaların necə əsassız olduğunun Venesuelada bir daha görüləcəyini söyləməkdədirlər.

Anlayacağınız odur ki, qlobal güc mübarizəsi, tam mənası ilə, Venesuelada partlamış durumdadır və hazırda bu mübarizənin asanlıqla bitəcəyinin mümkün olmadığı söylənilir. Elə görünür ki,Tramp və Putin Venesuelada sanki birbaşa mübarizə meydanına giriblər.

Sərdar Turqut,

“Habertürk”, tərcümə Strateq.az-ındır

24 Baxılıb

Siyasət xəbərləri
Turkustan.info digər xəbərlər