Venesuelada general helikopter qəzasında öldü

Venesuelanın Suliya ştatının Marakaybo şəhəri ərazisində helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb, daha ikisi yaralanıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölənlərdən biri Bolivar milli qvardiyasının generalı, digəri isə helikopterin pilotudur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Yaralıların hospitala çatdırıldığı, vəziyyətlərinin sabit olduğu bildirilir.
Mütəxəssislər qəzanın səbəblərini araşdırırlar.
Ağalar Ağalarlı
Teqlər: Venesuela Helikopter-qəzası
Açar sözlər
Ağalar Ağalarlı