Venesuelada göyərtəsində iki general olan helikopter qəzaya uğrayıb

Venesuelada göyərtəsində iki general olan helikopter qəzaya uğrayıb

Bakı, 26 aprel, AZƏRTAC

Venesuelada baş verən helikopter qəzası nəticəsində general Alfonso Torres və pilot Luis Urdaneta həlak olub, daha bir general – Suliya ştatının operativ müdafiə zonasının rəisi Diliya Rodriges və ordu kapitani yaralanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qəza Marakaybo şəhəri rayonunda qeydə alınıb. Yaralıların vəziyyətinin stabil olduğu bildirilir. Venesuela Prezidenti Nikolas Maduro həlak olanların ailələrinə başsağlığı verib və qəza nəticəsində xəsarət alanlara lazımi yardım göstərməyi tapşırıb.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Açar sözlər
Nikolas Maduro , Bakı , Xəsarət
Hadisə xəbərləri
Azertag.az digər xəbərlər