Venesuelada göyərtəsində Milli Qvardiya generalı olan helikopter qəzaya uğrayıb

Venesuelada göyərtəsində Milli Qvardiya generalı olan helikopter qəzaya uğrayıb

Bakı. Trend:

Venesuelanın Suliya ştatında helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölənlər helikopterin pilotu və ölkənin Milli Qvardiyasının generalıdır. Yaralananlar xəstəxanaya çatdırılıb, onların vəziyyəti stabildirb.

Hadisə yerində mütəxəssislər işləyir, araşdırma aparılır.

Hadisə xəbərləri
Trend.az digər xəbərlər