“Vergilər Nazirliyi mənzillərini kirayə verən şəxslərlə məşğul olmalıdır”

“Vergilər Nazirliyi mənzillərini kirayə verən şəxslərlə məşğul olmalıdır”

“Apardığımız monitorinqlər nəticəsində məlum olub ki, mərkəzdə yerləşən iri və zəngin otellərin dolum faizi 85-95%-dir. Məkanından asılı olaraq digər seqmentdə, yəni kiçik və orta kateqoriyalı otellərin isə 65-75%-i dolub”.

Bunu DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Onun sözlərinə görə, “Formula 1” yarışları həm Azərbaycanı daha çox tanıdır, həm də turizm cəlbinə imkan yaradır: “Ümumiyyətlə, “Formula 1” azarkeşləri heç də kasıb turistlər hesab edilmir, əksinə, daha yüksək rifah halı olan insanlardır. Məhz bu səbəbdən də bahalı-yüksək seqmentdə olan otellərin dolum faizi yüksəkdir. Bu gün TV vasitəsilə “Formula 1” yarışlarını 600 mln.-dan artıq insan izləyir. Ötən ilin rəqəmlərində isə göstərilirdi ki, Bakıda keçirilən yarışları 80 mln.-dan artıq insan izləyib. Bu Azərbaycanı xaricdə tanıtmaq üçün yaxşı vasitədir”.

S.Dübəndi bildirib ki, fərdi mənzillərin də kirayə verilməsi halları artıb: “Ötən il apardığımız monitorinqlər zamanı məlum oldu ki, yalnız şəhərin mərkəzində 1300-dən artıq mənzil turistlərə kirayə verilib. Bu il bu rəqəm dəfələrlə artıb. Yay vaxtı bunları bir daha ölçəcəyik. Təbii ki, buna ehtiyac var. Adətən, bu xərclərinə qənaət etmək istəyən, kiçik qrup şəklində yaxud ailə ilə gələn turistlərdir. Mənzil sahibləri özləri qərar verir ki, onu kirayə versin. Amma burda başqa bir neqativ məsələ var. Belə ki, mənzilləri kirayə verərkən biznes fəaliyyət ortaya çıxır. Bəziləri VÖEN almır, qeydiyyatdan keçmir, bir sözlə, vergidən yayınır, bəziləri kommunal ödənişləri əhali qrupu abunəçilər üçün olan qaydada ödəyir. Bəzən qonşular şikayət edir ki, səs küy olur. Amma turisti də nəzərə almaq lazımdır ki, onlar da bura əylənməyə gəlib. Amma əsas məsələ budur ki, onlar orta və kiçik otelçiliklə rəqabət təşkil edirlər. Məncə Vergilər Nazirliyi onlarla məşğul olmalıdır. Çünki belə rəqabət ədalətsiz mühit yaradır. Kiçik və orta otellərin bəzi xərcləri var, amma mənzillərdə belə bir şey yoxdur”.

Assosiasiya rəsmisi hesab edir ki, mənzillərin kirayə verilməsi ilə bağlı nəzarət mexanizmləri hazırlanarkən xarici təcrübə nəzərə alınmalıdır: “Biz montorinqlər zamanı bir sıra dünya şəhərləri ilə müqayisə apardıq. Məsələn, Amsterdam, Barselona, Paris, Almaniyanın bir sıra şəhərlərində mənzillərin icarə verilməsini dövlət məhdudlaşdırır. Mənzillərin il ərzində maksimum 1-2 ay icarəyə verilməsinə icazə var. Bu da turistlərin ən çox gəldiyi mövsümə düşür. Çünki həmin vaxt turistlər üçün otellərin nömrə fondu çatışmır”.

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

© Report

İqtisadiyyat xəbərləri
Torpaq kadastr məlumatlarının alınmasına görə dövlət rüsumu tətbiq olunmayacaq

Torpaq kadastr məlumatlarının alınmasına görə dövlət rüsumu tətbiq olunmayacaq

26-04-2019 15:48 - Xeberle.com - İqtisadiyyat


Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Xeberle.com-un məlumatına görə, qanuna dəyişiklik "Aqrar sığorta haqqında” qanun layihəsində yaradılması nəzərdə tutulan aqrar sığorta orqanının elektron informasiya sistemləri vasitəsiləreal rejimdə əldə edəcəyi məlumat və informasiyalarla əlaqədardır.
Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlara görə dövlət rüsumu tətbiq olunmayacaq.
 Müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu tərəfindən təqdim ediləcək.
Marja.az digər xəbərlər