"Vətən bizə əmanətdir" bədii kompozisiyası təqdim olunub - FOTOSESSİYA

"Vətən bizə əmanətdir" bədii kompozisiyası təqdim olunub - FOTOSESSİYA

Bakı Konqres Mərkəzində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Vətən bizə əmanətdir" bədii kompozisiyası təqdim olunub.

ONA-nın xəbərinə görə, tədbirdə Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Alızadə və digər qonaqlar iştirak ediblər.

Aprel döyüşləri ilə bağlı silsilə tədbirlərin keçirildiyini vurğulayan Ü.Mehdiyev bildirib ki, aprel zəfər ilə Ermənistanda dövlət çevrilişinin əsası qoyuldu: "Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq bizim tərəfimizdədir".

A.Rəhimov və F.Cəfərov şəhidlərin xatirəsinin daim əziz tutulduğunu, hörmət və ehtiramla yad edildiyini vurğulayıblar.

Sonra aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə başlanan “Şəhidimiz” kampaniyası çərçivəsində hazırlanan və şəhidlərin ailə üzvlərinin xatirələrinin əks olunduğu videolar nümayiş olunub.

Tədbir tanınmış incəsənət xadimlərinin ifasında "Vətən bizə əmanətdir" bədii kompozisiyası ilə davam etdirilib.

Sonda şəhid ailələrinin üzvlərinə "Azərmarka" MMC tərəfindən şəhidlərimizin adına hazırlanmış markalar təqdim olunub.

Siyasət xəbərləri
Apa.az digər xəbərlər
AMEA-nın xatirə nişanları təsis olunur

AMEA-nın xatirə nişanları təsis olunur

03-04-2019 18:01 - Apa.az - Siyasət
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın adlı mükafatları təsis edilib və əsasnamələri təsdiq olunub. Beləliklə, "Tibb sahəsi üzrə akademik Mirəsədulla Mirqasımov" xatirə nişanı, "Tibb sahəsi üzrə akademik Mustafa Topçubaşov" xatirə nişanı, "Tibb sahəsi üzrə akademik Zərifə Əliyeva" xatirə nişanı, "Kimya sahəsi üzrə akademik Yusif Məmmədəliyev" xatirə nişanı, "Kimya sahəsi üzrə akademik Murtuza Nağıyev" xatirə nişanı, "İncəsənət sahəsi üzrə akademik Üzeyir Hacıbəyli" xatirə nişanı, "Memarlıq və incəsənət sahəsi üzrə akademik Mikayıl Useynov" xatirə nişanı, "Ədəbiyyat, poeziya sahəsi üzrə akademik Səməd Vurğun" xatirə nişanı, "Geologiya sahəsi üzrə akademik Musa Əliyev" xatirə nişanı, "Torpaqşünaslıq və coğrafiya sahəsi üzrə akademik Həsən Əliyev" xatirə nişanı, "Riyaziyyat sahəsi üzrə akademik Zahid Xəlilov" xatirə nişanı, "Neft sahəsi üzrə akademik Azad Mirzəcanzadə" xatirə nişanı, "Fizika sahəsi üzrə akademik Həsən Abdullayev" xatirə nişanı, "Kompüter elmləri sahəsi üzrə professor Lütfi Zadə" xatirə nişanı təsis edilib.