Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

 Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

Bakıda keçirilən İnternet İdarəçilik Forumu çərçivəsində keçirilən sessiyalarda İnternet İdarəçiliyi sahəsində müxtəlif məsələlər müzakirə olunur.

Xeberler.az-ın məlumatına görə,müzakirə olunan mövzulardan biri də “Sosial sektorun İnternet idarəçiliyindəki rolu”olub.

Toplantıda Google şirkətinin və digər beynəlxalq qurumların nümayəndələri, həmçinin AİF-in prezidenti Osman Gündüz mövzu ilə bağlı əsas çıxışçılar olub.

Osman Gündüz “Vətəndaş Cəmiyyəti və İnternet idarəçiliyi “ mövzusunda çıxış edib.
O, çıxışında son dövrlərdə ölkədə İnternet sahəsində əldə olunan uğurları diqqətə çatdırıb. Vətəndaş Cəmiyyətinin ölkədə İnternet idarəçiliyi sahəsinə diqqətinin artdığını vurğulayıb.

O. Gündüz Azərbaycanda Vətəndaş cəmiyyətinin bəzi İnternet problemlərin həlli sahəsində aktiv rolunu qeyd edib. Forumdan öncə maraqlı tərəflərin iştirakı ilə Milli Konfrans keçirilməsini diqqətə çatdırıb. Dövlət qurumlarının da İnternet idarəçiliyi sahəsindəki müzakirələrə qatılmasını müsbət dəyərləndirib.

Bununla belə o, Azərbaycan İnternetində problemlərin olmasına diqqəti yönəldib. Osman Gündüz xüsusilə, milli domenin qeydiyyatı sahəsində, regionlarda keyfiyyətli İnternetin əldə olunması, onlayn şəffaflıq sahəsində, İnformasiya təhlükəsizliyi sahəsində problemlərin olmasını diqqətə çatdırıb.

Vətəndaş Cəmiyyəti institutlarının bu problemlərin həlli istiqamətində fəaliyyətinə toxunub.

Sonda o, yerli Vətəndaş cəmiyyəti qurumların da beynəlxalq İnternet idarəçiliyi tədbirlərində aktiv iştirakının vacibliyi vurğulayıb və bu sahəyə beynəlxalq İnternet qurumların dəstəyinə ehtiyac olduğunu bildirib.

Siyasət xəbərləri
Xeberler.az digər xəbərlər