“Vətəndaşlar Gömrük Xidmətinin məlum qərarı ilə bağlı məhkəmədə iddia qaldıra bilər” – Natiq Cəfərli

“Vətəndaşlar Gömrük Xidmətinin məlum qərarı ilə bağlı məhkəmədə iddia qaldıra bilər” – Natiq Cəfərli

Xəbər verdiyimiz kimi, Azərbaycandan xaricə səfər edən ölkə vətəndaşları ölkəyə qayıdarkən alıb gətirdikləri əşyaların ölkəyə gətirilməsi ilə bağlı yeni məhdudiyyətlər və qadağalarla üzləşiblər. Dövlət Gömrük Komitəsindən də belə məhdudiyyətlərin olduğunu təsdiqləyiblər. Komtədən bildiriblər ki, dəyərindən asılı olmayaraq (hətta qanunvericilikdəki məbləğ limiti daxilində olsa da,) istənilən əşyadan ölkəyə şəxsi istifadə üçün 2 ədəd gətirmək olar. 3-cü əşya olduqda bu artıq həmin əşyanın kommersiya məqsədilə gətirilməsi hesab olunur və malı gətirən vətəndaş ona görə gömrük rüsum və vergiləri ödəməlidir. Bu Nazirlər Kabinetinin 2013-cü il tarixli 305 saylı qərarı ilə təsdiqlənmiş qaydalarda nəzərdə tutulub. «Həmin qaydalara görə, xaricdən gələnlər özləri ilə şəxsi istifadə üçün eyni əşyadan maksimum 2 ədəd gətirə bilərlər», -deyə Komitədən bildirilib. Maraqlıdır ki, bu qayda istənilən təyinatlı və istənilən qiymətə olan əşyalara aiddir. Məsələn, hətta qiyməti bir neçə dollar olan suvenirlər və ya kitabların eynisindən cəmi 2 ədəd gətirilməlidir.

«Bir əşyadan 3-ü gətirilsə necə?» sualının cavabında Komitədən bildirilib ki, həmin əşyadan 3-cüsü olsa, malların hamısı (qaydalarla icazə verilən 2 ədəd də) qanunsuz mal kimi vətəndaşdan alınıb anbara vurulur. Və həmin şəxs öz vəsaiti ilə həmin malları geriyə göndərməlidir.

"Dövlət Gömrük Komitəsinin əməkdaşı deyəsən Nazirlər Kabinetinin verdiyi qərarla tanış deyil”.

İqtisadçı Natıq Cəfərli Gömrük Komitəsinin qoyduğu qadağalara öz fikirlərini bildirəkən qeyd edib ki, əslində Nazirlər Kabinetinin 2013-cü ildə buna bənzər qərarı olmuşdu. Sadəcə bu gün yayılan xəbər həmin qərarın detallı şəkildə izahı ilə bağlıdır və yeni qaydaların Gömrük Komitəsi tərəfindən tədbiqi ilə bağlıdır. Gömrük Komitəsi Nazirlər Kabinetinin qərarına əsaslanaraq bunu etsə də, məntiqini izah edə bilmirlər. Rəsmi açıqlamalarda da insanalara çox qıcıq verən məqamlar var. Mən anlayıram ki, Gömrük Komitəsi ölkəyə kommersiya məqsədləri ilə gətirilən məhsulların qarşısını almaq və yaxud da onlara əlavə rüsum tədbiq etmək üçün öz fəaliyyətini göstərməlidir. Buna heç kəsin etirazı yoxdur. Sadəcə problem ondan ibarətdir ki, qərarın tədbiqi zamanı izah bölümündə isə başqa halların mövcudluğu ilə bağlı heç bir güzəşt olunmur. Doğrudan da birinin evində 3-4 uşağına və yaxud da hər hansı bir səfərdən qayıdarkən qohum tanışlarına bir neçə eyni hədiyyə alıb gətirmək istəyənlər var. Bu zaman tez-tez səfərlərdə olan insanlarla kommersiya kimi istifadə edənlərin maraqlarını ayırmaq lazımdır. Burda isə birmənalı olaraq hamıya tədbiq olunacağı bildirilir və hətta kitablara belə tədbiq olunacağı izah olunur. Bu, artıq özü qıcıq verən bir məqamdır. Nazirlər Kabineti ikidən artığının götürələcəyi ilə bağlı qərar versə də, Gömrük Komitəsi hamısının götürələcəyini deyir. Bu Nazirlər Kabinetinin qərarı ilə və həm də məntiqlə də təzad təşkil edir. Gömrük komitəsi belə bir şeyi tədbiq edərsə, məhkəmələr yolu ilə yüzlərlə vətəndaş məhkəmə yolu ilə iddia qaldırmalıdır, çünki bu, məntiqsiz qərardır və Nazirlər Kabinetinin qərarının pozulması deməkdir. Kommersiya xarakterli ilə gündəlik tələbatları üçün mal gətirən vətəndaşlar arasında fərq qoyulmalıdır. Onsuz da Gömrük Komitəsinin ölkədə imici, yumşaq şəkildə desək, yaxşı deyil, bundan sonra isə daha da pisləşməsinə səbəb olacaq.

Dövlət Gömrük Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberle.com-a verilən məlumata görə, haqqında bəhs olunan məhdudiyyətlər yeni deyil, 2013-cü ildən, Nazirlər Kabinetinin qərarı əsasında tətbiq olunur: "Biz bilmirik, niyə indi bu məsələni qaldırıblar. Nazirlər Kabinetinin 305 saylı qərarı beş ildir qüvvədədir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 305 saylı "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Qaydaların 2.1.2-ci bəndində isə qeyd olunur ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər:

- səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar;

- Bu əşyalar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar;

- Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə);

- Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz;

- Hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları;

- hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü;

Qaydalara görə, fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir.

Fed.az-ın yazdığına görə, xaricdən gələn şəxs limiti keçdiyi halda gətirdiyi əşyaları hətta vergisini ödəyib gətirmək istəsə də, bunu etmək çox çətindir: "Problem ondadır ki, həmin əşyaların rəsmiləşdirilməsi ilə bağlı çox qəribə, hətta anlaşılmaz qaydalar mövcuddur. Belə ki, qaydalara görə, xaricdən mallar kommersiya məqsədilə gətiriləndə (hətta 2-3 ədəd olsa da) onun rəsmiləşdirilməsi üçün yük daşınma kağızı (karqo sənədi) tələb olunur. Belə ki, Nazirlər Kabinetinin 2014-cü il tarixli 263 saylı qərarına görə, malın bəyan edilməsi zamanı onun daşınma xərcləri də göstərilməlidir. Daşınma xərcinin göstərilməsi üçün isə karqo sənədi tələb olunur. Bu, yük şirkətinə verilən sifarişin surəti və sair ola bilər. Bu sənəd olmasa, həmin malları rəsmiləşdirmək mümkün deyil, nəticədə həmin malların nəinki icazə verilən 2 ədəddən artıq olan hissəsi, ümumiyyətlə, hamısı müsadirə edilərək anbara vurulacaq, sonradan geri qaytarılacaq. Xaricə səyahət gedən və ölkəyə qayıdanda özü üçün bir neçə əşya alan şəxslər isə aldıqlarını özləri ilə gətirdiyinə görə (yəni 2-3 suveniri və əşyanı karqo ilə gətirmək mənasızdır), bu malları, ümumiyyətlə, rəsmiləşdirə bilməyəcək, çünki onların təbii olaraq karqo sənədi mövcud deyil. Yalnız ölkəyə təyyarə ilə gələn şəxslər özləri ilə gətirdikləri əşyaları təyyarədə ayrıca yük kimi gətirsələr və yük talonunu göstərsələr həmin əşyalar kommersiya məqsədilə gətirilən kimi rəsmiləşdiriləcək. Qalan hallarda onların ölkəyə buraxılmasında problem ola bilər".

Xədicə Səxavətqızı

Xeberle.com

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

İqtisadiyyat xəbərləri
Xeberle.com digər xəbərlər
Azərbaycanda övladları ilə birgə cəza çəkən analar - ARAŞDIRMA

Azərbaycanda övladları ilə birgə cəza çəkən analar - ARAŞDIRMA

07-02-2019 15:26 - Xeberle.com - Siyasət

Hüquqşünas
Ramil Süleymanov Xeberle.com-a bildirib ki, hökm elan olunduqdan sonra uşaq
dünyaya gələrsə bu zaman Azərbaycan Respublikasının Cəzaların İcra Məcəlləsinin
88-ci maddəsinə görə həmin qadının müvafiq icra hakimiyyətinin razılaşdırılmış
qərarı ilə övladı 3 yaşına çatana qədər cəzaçəkmə müəssisəsindən kənarda qala
bilərlər: "Cəzaçəkmə müəssisəsindən kənarda yaşayan məhkum qadınlar və
onların üç yaşına çatmayan uşaqları cəzaların icrası qanunvericiliyi ilə hamilə
və ya üç yaşına çatmayan uşağı olan məhkum qadınlar üçün müəyyən edilmiş
 normalar üzrə yeməklə və paltarla təmin olunurlar".
R.
Süleymanovun sözlərinə görə, hamiləliyə və doğuşa görə məzuniyyətdə olan məhkum
qadınların arzusu ilə, onlara və onların üç yaşına çatmayan uşaqlarına yeməyin
və paltarın əvəzinə müəyyən olunmuş məbləğdə pul verilə bilər: "Qanunda
hamiləliyə və doğuşa görə məzuniyyətlərin müddəti başa çatdıqda, cəzaçəkmə müəssisəsinin
müdiriyyəti cəzaçəkmə müəssisəsindən kənarda yaşayan məhkum qadınları cəzaçəkmə
müəssisəsinin istehsalat sahələrində və ya cəzaçəkmə müəssisəsindən kənar digər
istehsalat obyektlərində işlə təmin edilməsi də nəzərdə tutulub.
Həmçinin cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkum
qadınların üç yaşına çatmayan uşaqlarını müvafiq körpələr evlərinə yerləşdirilməsində
köməklik göstərir.
Azərbaycanda övladları ilə birgə cəza çəkən analar - ARAŞDIRMA

Azərbaycanda övladları ilə birgə cəza çəkən analar - ARAŞDIRMA

07-02-2019 15:26 - Xeberle.com - Siyasət

Hüquqşünas
Ramil Süleymanov Xeberle.com-a bildirib ki, hökm elan olunduqdan sonra uşaq
dünyaya gələrsə bu zaman Azərbaycan Respublikasının Cəzaların İcra Məcəlləsinin
88-ci maddəsinə görə həmin qadının müvafiq icra hakimiyyətinin razılaşdırılmış
qərarı ilə övladı 3 yaşına çatana qədər cəzaçəkmə müəssisəsindən kənarda qala
bilərlər: "Cəzaçəkmə müəssisəsindən kənarda yaşayan məhkum qadınlar və
onların üç yaşına çatmayan uşaqları cəzaların icrası qanunvericiliyi ilə hamilə
və ya üç yaşına çatmayan uşağı olan məhkum qadınlar üçün müəyyən edilmiş
 normalar üzrə yeməklə və paltarla təmin olunurlar".
R.
Süleymanovun sözlərinə görə, hamiləliyə və doğuşa görə məzuniyyətdə olan məhkum
qadınların arzusu ilə, onlara və onların üç yaşına çatmayan uşaqlarına yeməyin
və paltarın əvəzinə müəyyən olunmuş məbləğdə pul verilə bilər: "Qanunda
hamiləliyə və doğuşa görə məzuniyyətlərin müddəti başa çatdıqda, cəzaçəkmə müəssisəsinin
müdiriyyəti cəzaçəkmə müəssisəsindən kənarda yaşayan məhkum qadınları cəzaçəkmə
müəssisəsinin istehsalat sahələrində və ya cəzaçəkmə müəssisəsindən kənar digər
istehsalat obyektlərində işlə təmin edilməsi də nəzərdə tutulub.
Həmçinin cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkum
qadınların üç yaşına çatmayan uşaqlarını müvafiq körpələr evlərinə yerləşdirilməsində
köməklik göstərir.