Vladimir Putin Şimali Koreyaya səfər edəcək

Vladimir Putin Şimali Koreyaya səfər edəcək

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inın KXDR-ə səfər etməyə dair dəvətini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Kim Çen In bu təkliflə aprelin 25-də Vladivostokda baş tutan KXDR – Rusiya sammiti zamanı çıxış edib.
Bildirilir ki, Rusiya prezidenti dəvəti "razılıqla" qəbul edib.
Putinin Şimali Koreyaya mümkün səfər tarixi açıqlanmır.

Siyasət xəbərləri
Aktual.az digər xəbərlər