Vladimir Putin:"Münasibətlərin gələcəyi yeni siyasi rəhbərliyin yürüdəcəyi siyasətdən asılıdır"


Vladimir Putin:"Münasibətlərin gələcəyi yeni siyasi rəhbərliyin yürüdəcəyi siyasətdən asılıdır"

“Burada dəyərləndiriləsi nə var? Bu, Poroşenko siyasətinin mütləq uğursuzluğudur”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Ukraynada keçirilən prezident seçkisinə dair suala cavab olaraq deyib.

Aprelin 25-dəVladivostokdaŞimali Koreya (Koreya Xalq Demokratik Respublikasının) lideriKim Çen Inla görüşdən sonra keçirilən mətbuat konfransında danışan V.Putin bildirib ki,Rusiya ilə Ukrayna arasında münasibətlərin gələcəyi rəsmi Kiyevdən asılıdır: “Bu, Ukraynanın yeni siyasi rəhbərliyinin yürüdəcəyi siyasətdən asılı olacaq. Biz bu münasibətləri bütün istiqamətlərdə bərpa etməyə hazırıq. Ancaq bunu birtərəfli qaydada edə bilmərik”.

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci turu keçirilib və Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıb. (Report)

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər