Vladimir Zelenski : “Qalib gəlmişəm, amma heç bir səlahiyyətim yoxdur”

Vladimir Zelenski : “Qalib gəlmişəm, amma heç bir səlahiyyətim yoxdur”

Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunun qalibi olan Vladimir Zelenski Mərkəzi Seçki Komissiyasını rəsmi nəticələrin elan müddətini uzatmaqda ittiham edib.

Zelenski "Facebook” səhifəsində videomüraciət yayıb. O bildirib ki, MSK prezident seçkilərinin rəsmi nəticələrinin elan olunmasını uzadır. "Çox gülməli şeylər baş verir – qalib gəlmişəm, amma heç bir səlahiyyətim yoxdur. Nə baş verir, mən izah edirəm: MSK nəticələrin rəsmi elanını gecikdirir”, – deyə Zelenski əlavə edib.

Zelenski hesab edir ki, məqsəd andiçmə mərasiminin tarixini mayın 27-dən sonraya salmaq, bununla da onu parlamentin vaxtından əvvəl buraxılması imkanından məhrum etməkdir.

Qeyd edək ki, qanunvericiliyə görə, MSK seçkilərin rəsmi nəticələrini mayın 1-dək elan edə bilər. (Virtualaz.org)

www.anews.az

loading...

Siyasət xəbərləri
Anews.az digər xəbərlər
BP və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

BP və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

25-04-2019 15:03 - Anews.az - İqtisadiyyat
*Azərbaycanda adaptiv liderlik bacarıqlarının və təcrübələrinin formalaşdırılması*Dyuk Universitetinin Fuqua Biznes Məktəbinə aid sertifikatlı proqramın yerli universitetə gətirilməsi*Yerli təşkilatlarda çevik və adaptiv biznes idarəetmə bacarıqlarının yaradılmasına yardımBP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – "SOCAR”, "TPAO”, "PETRONAS”, "Chevron”, "LUKOIL”, "NİCO”, "Equinor”, "INPEX”, "ExxonMobil”, "SGC”, "ITOCHU”, "ONGC”, "TOTAL”, "Eni” – bu gün Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsini dəstəkləyən yeni sosial sərmayə layihəsinin başlanmasını elan etdilər. Proqram məhz bu sahədə ölkədə potensialın yaradılmasına yardım edəcək və biz ölkədə bu potensialın yaradılması məqsədilə iki aparıcı universiteti - ADA Universitetini və Dyuk Universitetini bir araya gətirməkdən məmnunluq duyuruq.”ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə dedi: "ADA Universiteti olaraq biz BP və tərəfdaşları ilə olan bu tərəfdaşlıqdan çox məmnunuq və inanırıq ki, bu tərəfdaşlıq şirkət rəhbərlərini cəlb etmək, onlara bazarda mühüm olan yeni səriştələr aşılamaq üçün bizim İxtisasartırma Təhsil proqramımıza yeni vasitələr təmin edəcək və Azərbaycanda potensialın yaradılması üzrə keçirilən proqramlarda universitetimizin aparıcı rolunu daha da möhkəmələndirəcək.”Layihənin dəyəri 882 000 dollardan çoxdur və layihə müddəti iki ildir.