“Washington Times” erməni lobbisinin pozucu fəaliyyəti haqqında yazıb

“Washington Times” erməni lobbisinin pozucu  fəaliyyəti haqqında yazıb

“Washington Times” qəzetində Amerika Xarici Siyasət Şurasının baş elmi işçisi, doktor Stiven Blankın Amerika Erməni Milli Komitəsinin (ANCA) Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə xələl gətirmək cəhdlərindən və ümumilikdə, Ermənistanın siyasi müstəqilliyinin olmamasından bəhs edən məqaləsi dərc olunub.

Metbuat.az AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Dağlıq Qarabağ regionundakı müharibənin təkcə Cənubi Qafqazın hüdudları daxilində deyil, habelə erməni diasporu və onun təşkilatları, o cümlədən Amerika Erməni Milli Komitəsi tərəfindən ABŞ-da aparıldığı qeyd edilir. Müəllif yazır ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün beynəlxalq səylər çərçivəsində ATƏT Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə Minsk qrupunu yaradıb. Minsk qrupu hər iki tərəfin qəbul etdiyi prinsiplər əsasında münaqişənin həllinə nail olmaq məqsədilə 2017-2009-cu illərdə Madrid prinsiplərini formalaşdırıb. Razılaşdırılmış bu prinsiplərdə erməni qoşunlarının dərhal çıxarılması və keçmiş DQMV-nin hüdudlarından kənarda yerləşən Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qaytarılması tələbləri, Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidarəçiliyinə təminat verən müvəqqəti statusu, Ermənistandan Dağlıq Qarabağa dəhliz, gələcəkdə öz müqəddəratını təyin etmək vasitəsilə Dağlıq Qarabağın hüququ statusunun müəyyən edilməsi, bütün məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qaytarılması və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı məsələləri yer alıb.

Amerika Erməni Milli Komitəsi 2016-cı ildən başlayaraq və böyük ehtimalla Yerevanla koordinasiya şəraitində Madrid prinsiplərini “məntiqsiz” və “qeyri-demokratik” adlandırır və tənqid edir. Lakin erməni lobbi təşkilatının narazılığının əsl səbəbi ondan ibarətdir ki, Madrid prinsiplərində Dağlıq Qarabağ müstəqil ərazi kimi tanınmır. Müəllif vurğulayır ki, Madrid prinsipləri haqlı olaraq Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməz, çünki bütün hallarda bu ərazi müstəqil ola bilməz.

Mahiyyətcə, Amerika Erməni Milli Komitəsi istəyir ki, Dağlıq Qarabağ Madrid prinsipləri çərçivəsində müstəqil ərazi kimi tanınsın və ərazilərin silahlı yolla işğalı faktı legitim olsun. Ermənistan dünyanın ən yoxsul ölkələrindən biridir və regiondakı inkişafdan təcrid olunub. S.Blank qeyd edir ki, Ermənistan vassal dövlətdir və ABŞ-ın nə dostu, nə də müttəfiqidir. O, Amerika dəyərlərini də qəbul etmir.

Ermənistandakı böhranlar nəticəsində 2018-ci il inqilabı baş verdi. O, irimiqyaslı demokratik və iqtisadi islahatlar vəd etdi. Bir ildən sonra həmin vədlər yerinə yetirilməmiş qalır, deyə müəllif vurğulayır. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistanın yeni hökuməti ölkəsində demokratik və iqtisadi islahatların əsas şərti olan regionda sülhün bərqərar olması istiqamətində effektiv danışıqlar strategiyası hazırlaya bilmədi.

Ermənistan Dağlıq Qarabağın oyuncaq rejiminin “müstəqil dövlət” və ya siyasi qurum kimi danışıqlarda iştirak etməsi ideyasında təkid edir. Amerika Erməni Milli Komitəsinin mövqeyinə uyğun olan bu tələb gələcəkdə heç bir danışıqların olmayacağı təminatını verir, çünki o, ən başdan sülh prosesinin nəticələrinə xələl gətirir. ANCA və Ermənistanın tələbləri yeganə platforma olan və Bakı ilə Yerevan arasında Minsk Qrupunun dəstəyi ilə aparılan danışıqların effektiv strukturunu təşkil edən Madrid prinsiplərinə ziddir.

ANCA tərəfindən qoyulan bu tələblərdə Ermənistan hökumətinin iştirakı aydın deyil, lakin danışıqlara münasibətdə həmin erməni təşkilatının və Paşinyan hökumətinin bəyanatlarının oxşarlığı tamamilə açıq-aşkar görünür. S.Blank qeyd edir ki, sülh prosesində nə Amerika Erməni Milli Komitəsinin bəyannaməsi, nə də Paşinyanın dolaşıq və ziddiyyətli mövqeyi Ermənistanın maraqlarına uyğun deyil. Bundan başqa, Ermənistanın müdafiə naziri David Tonoyanın bu yaxınlarda “müharibə və yeni ərazilər işğal etmək” çağırışı kövrək sülh prosesini daha da sarsıdır. Bu cür siyasət məğlubiyyətlə, Ermənistanda iqtisadi fəlakətlə nəticələnəcək və əlbəttə ki, bu ölkədə demokratiya, tərəqqi və depopulyasiyanın dayanmasına kömək etməyəcək.

Yollarda təhlükə səbəbi - Rayonlara işləyən qanunsuz taksilər – VİDEO - FOTO

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Nikol Paşinyan , Atət , Minsk Qrupu , Amerika Erməni Milli Komitəsi , Amerika Xarici Siyasət Şurası , Rusiya Xəbərləri Class , Azərbaycan Xəbərləri Class , Bakı Xəbərləri Class , Ermənistan Xəbərləri Class , Fransa Xəbərləri Class , Azərbaycan , Bakı , Qarabağ , Abş , Fransa , Rusiya , Ermənistan , Madrid
Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər
Antimilli ünsürlərin  “falabaxma kampaniyası”

Antimilli ünsürlərin “falabaxma kampaniyası”

22-04-2019 11:50 - Metbuat.az - Siyasət
Millət vəkili qeyd edib ki, məsələyə bu kontekstdə yanaşdıqda 3 hadisənin eyni vaxtda və paralel olaraq baş verməsi diqqətdən yayınmır: “a) Azərbaycan müxalifətinin radikal kəsiminin sözügedən saziş əleyhinə dinləmələr keçirməsi və bu prosesdə Azərbaycan iqtidarı əleyhinə böhtan və şər kampaniyasına rəvac verməsi; b) Ermənistanda da oxşar müzakirələrin təşkil olunması və Avropa İttifaqına daxil olan ölkələrə öz lobbiləri vasitəsilə təsir edib, imzalanma prosesinin qarşısının alınması istiqamətində cəhdlər göstərməsi; c) Hər zaman Azərbaycan əleyhinə qərəzli mövqeyi ilə tanınan “Sərhədsiz Repartiyorlar Təşkilatı”nın 2018-ci il üçün “ Dünyada mətbuat azadlığı indeksi”ndə ölkəmizi işğalçı və öz əhalisinin gülləbəran edildiyi Ermənistandan belə xeyli aşağıda təqdim etməsi. Avropa Parlamentinin 2018-ci il dekabrın 12-də qəbul etdiyi, məruzəçiləri Xarici Məsələlər Komitəsinin sədri D. Makalister və Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi F.Moqerini olan “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasətinə dair” qətnamə tərəfdaşlırın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini təsdiq edir, bütün dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həll edilməsi, bu ölkələrin vətəndaşları-məcburi köçkünlər və qaçqınlara yardımların göstərilməsinin vacibliyini vurğulayır.