WhatsApp istifadəçilərinə reklam göstəriləcək

 WhatsApp istifadəçilərinə reklam göstəriləcək

“WhatsApp” messencerinin yenilənmiş versiyasında istifadəçilərə reklam göstəriləcək. Reklamın pəncərənin yuxarı hissəsində göstəriləcəyi ehtimal edilir.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, istifadəçilərin narazılığına səbəb ola biləcək yenilik haqda “WABetaInfo” insayderləri məlumat verib. Məlumata görə, sözügedən messencerin “iOS” üçün versiyasında reklam nümayiş etdiriləcək.

Siyasət xəbərləri
Xeberler.az digər xəbərlər