"Whatsapp"dan "Instagram"a mesaj yazmaq mümkün olacaq

"Whatsapp"dan "Instagram"a mesaj yazmaq mümkün olacaq

"Facebook” şirkəti "Instagram” ilə "Whatsapp” və "Messenger” tətbiqlərini birləşdirmək niyyətindədir.


Technote xəbər verir ki, lakin bu tətbiqlər arasındakı inteqrasiya 2020-ci ildən tez bitməyəcək.


Sözügedən hər 3 tətbiq həmişəki kimi ayrı-ayrılıqda çalışacaq. Buna baxmayaraq mesajlaşma infrastrukturları dəyişəcək. Belə ki, "Messenger” istifadəçisi "Instagram”dakı dostuna mesaj yaza biləcək.

Bu layihə ilə məşğul olan komandanın sözlərinə əsasən onlar layihəni ya bu ilin sonuna yada gələn ilin əvvəlinə sonlandırmağı planlaşdırırlar.


İKT xəbərləri
“Made in Azerbaijan” brendi altında layihələr beynəlxalq müsabiqəyə təqdim edilib

“Made in Azerbaijan” brendi altında layihələr beynəlxalq müsabiqəyə təqdim edilib

26-01-2019 01:46 - Yenisabah.az - İKT
Azərbaycan adından Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” beynəlxalq müsabiqəsinə bir sıra layihələr təqdim edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Yeni Sabah” a verilən məlumata görə, qurum tərəfindən həyata keçirilən layihələr, Nazirliyin tabeli qurumlarının mütəxəssisləri tərəfindən hazırlanan proqram və tətbiqlər müxtəlif nominasiyalar üzrə müsabiqədə iştirak hüququ qazanıb. Yerli mütəxəssislərimiz tərəfindən hazırlanan bir neçə layihə Təşkilat Komitəsi tərəfindən seçilərək artıq, səsverməyə təqdim olunub. 10 fevraladək davam edəcək onlayn səsvermə nəticəsində 18 nominasiya üzrə qaliblər, eyni zamanda, 72 çempionluq layihəsi müəyyən olunacaq. Qaliblər 8-12 aprel 2019-cu il tarixində İsveçrənin Cenevrə şəhərində keçiriləcək “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019” forumunda elan olunacaq. Məlumat üçün bildirək ki, İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2004-cü ildən BMT-nın İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə xüsusi ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilir. “Made in Azerbaijan” brendi altında layihələrimizi qalib etmək üçün onlayn səsvermədə yüksək nəticə toplamaq lazımdır. Qeyd edək ki, “İdeyadan Biznesə” (1-ci kateqoriya - “I2B – Idea to Business”) və ya “Apelyasiya Şuralarına Şikayət Sistemi” (1-ci kateqoriya - “Appeal Board Complaint System”), “Açıq Məlumatlar” (3-cü kateqoriya - “Open Data”), “Danışan kitabxana” (6-cı kateqoriya - “Speaking Library”), “Mobil imza” (7-ci kateqoriya - “Mobile Signature”), “Mərkəzləşdirilmiş Hesablama Sistemi” (8-ci kateqoriya - “Centralized Accounting System”), “ARİS” (7-ci kateqoriya- ARİS) layihələri nominant qismində müsabiqədə dünyanın müxtəlif ölkələrindən təqdim olunan layihələrlə yarışır. Müsabiqəyə 1-ci (“I2B - İdeyadan Biznesə” və Apelyasiya Şuralarına Şikayət Sistemi) və 7-ci kateqoriya (ARİS və Mobil İmza) üzrə iki layihəmiz səsverməyə təqdim olunub.