Xadimə Zülfiyyə Xanbabayevanın evindən oğurluq etdi — MƏHKƏMƏ

Xadimə Zülfiyyə Xanbabayevanın evindən oğurluq etdi — MƏHKƏMƏ

Zülfiyyə Xanbabayevanın evindən oğurluq edən xadimənin məhkəməsi davam edir.

BiG.AZ olke.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən xadimə Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Ə. Şirinova özünü qismən təqsirli bildiyini deyib. Məlum olub ki, Ə. Şirinova 2013-cü ildən 2018-ci ilədək Z. Xanbabayevanın Azadlıq prospektində yerləşən evində qulluqçu işləyən vaxtı evdən müğənniyə məxsus 2000 manat məbləğində paltar, 600 manat məbləğində kosmetika, 1520 manat məbləğində nağd pul vəsaitini oğurlayıb.
Zərərçəkmiş qismində müğənni Z. Xanbabayeva məhkəməyə gəlmədiyi üçün proses mayın 14-dək təxirə salınıb.

Hadisə xəbərləri
Big.az digər xəbərlər