Xalq artisti Arif Babayev:"İçərişəhər tarixdir, tarix isə toxunulmazdır..."


Xalq artisti Arif Babayev:"İçərişəhər tarixdir, tarix isə toxunulmazdır..."

İçərişəhərdə, Qoşa Qala divarlarının yanında tikinti işlərinin aparılmasınaetirazlar səngimək bilmir.

Xanəndə,Xalq artisti Arif Babayev də bu etirazlara qoşulanlar sırasındadır.

Belə ki, o, “Yeni Sabah”a danışarkən İçərişəhərin toxunulmaz olduğunu vurğulayıb:

“İçərişəhər tarixdir, tarix isə toxunulmazdır. Mən də tarixi abidələrdə restavrasiya işlərinin aparılmasının tərəfdarıyam. Lakin tarixi abidəni söküb yenidən inşa etmək doğru addım deyil. Orada iaşə obyektlərinin açılması prosesi arxitektorların icazəsi ilə olmalıdır. Təbii ki, tarixi irsə ziyan vurmadan”.

Mədəniyyət xəbərləri
Strateq.az digər xəbərlər